NKPI

Maraqlı Məlumatlar

ƏN DADLI RESEPTLƏR - Heyva mürəbbəsi

Heyva mürəbbəsi (I üsul)

Hazırlıq:

Heyva – 1 kq, şəkər – 1 kq, su – 1 l, limon turşusu – 1 çay qaşığı.

Hazırlanma üsulu:

Yetişmiş meyvənin qabığını soyun. Su və şəkərdən sirop bişirin. İçərisində sirop olan ləyənin üzərində iri məsaməli sürtkəcdən heyvanı keçirib ləyənə tökün və meyvəni hazır olana qədər bişirin. Bişmə qurtarana 3-4 dəqiqə qalmış ona limon turşusunu əlavə edin. Hazır mürəbbəni quru, sterilləşmiş bankalara doldurun, plastik qapaq ilə bağlayın.

 

Heyva mürəbbəsi (II üsul)

Hazırlıq:

Heyva – 1 kq, şəkər – 1 kq, su – 300 ml.

Hazırlanma üsulu:

Qabığı təmizlənmiş heyva iri məsaməli sürtkəcdən keçirilərək ləyənə tökülür. Heyva üzərinə şəkər və su tökülərək od üzərinə qoyulur və hazır olana qədər bişirilir.

Soyudulmuş mürəbbə bankalara doldurulur və plastik qapaq ilə bağlanır.

 

Heyva mürəbbəsi (III üsul)

Hazırlıq:

Heyva – 700 qr, şəkər – 700 qr, su – 1 l.

Hazırlanma üsulu:

Yetişmiş iri heyvaların üzərinə su töküb od üzərinə qoyun. Yumşalana qədər onu bişirin, sonra soyuq suda soyudun, hər bir meyvəni dörd yerə bölün, qabığını soyun və özəyini çıxarın.

İçərisində su olan ləyənə şəkər tökün (şəkər qabığı soyulmuş heyvanın kütləsi miqdarında olmalıdır) və od üzərinə qoyun.

Sirop bişirin və ona kəsilmiş heyvaları əlavə edin. Onu zəif odda hazır olana qədər bişirin (tez-tez əmələ gələn köpüyü kənarlaşdırın).

Heyva yaxşı bişdikdən sonra onu aşsüzənə tökün, siropu isə qatılaşana qədər bişirin. Heyva üzərinə qaynar siropu tökün, ləyəni silkələyin və mürəbbəni tam soyuyana qədər saxlayın, sonra onu quru, sterilləşmiş bankalara doldurun və plastik qapaq ilə bağlayın.

2016-01-05   35802