NKPI

Maraqlı Məlumatlar

Həll edilməsi tələb olunan kimya məsələsi - №15

Kalsium karbonatın qismən parçalanması zamanı normal şəraitə hesablanmaqla 4,48 litr qaz ayrılmışdır. Quru qalığın miqdarı 41,2q olmuşdur. Bu qalıq artıq miqdarda götürülmüş 465,5q xlorid turşusunda həll edilmişdir.

Alınan məhlulda duzun kütlə payını hesablayın.

***

Dəmir(II)nitrat közərdilir. Nəticədə normal şəraitə hesablanmaqla 9,072 litr qaz ayrılır və kütləsi 21,6q olan qalıq qalır. Bu qalıq 15%-li bromid turşusu məhlulunun 297 qramında tam həll olur.

Alınan məhlulda maddələrin kütlə paylarını hesablayın.

***

100 qram mis(II)nitrat qeyri tam parçalandıqda bərk maddənin kütləsi 21,6 qram azalır.

Duzun hansı hissəsi parçalanıb?

***

Kütləsi 42 qram olan maqnezium karbonat közərdildikdə normal şəraitə hesablanmaqla 3,36 litr qaz ayrılıb. Alınan bərk qalığa 490 ml 10%-li sulfat turşusu (ρ = 1,1q/ml) əlavə olunub.

Son məhlulda maddələrin kütlə paylarını hesablayın.

***

Kütləsi 44,4 qram olan maqnezium nitrat qızdırıldıqda maddənin bir hissəsi parçalanır. Bu zaman 13,44 litr (normal şəraitə hesablanmaqla) qazlar qarışığı ayrılır. Alınan bərk qalığa 124,1 qram 20%-li xlorid turşusu əlavə olunur.

Alınan məhlulda hidrogen xloridin kütlə payını hesablayın.

***

Kütləsi 39 qram olan maqnezium nitrat közərdilir və bu zaman normal şəraitə hesablanmaqla 10 litr qazlar ayrılır. Alınan bərk qalığa 0,5 litr 13%-li fosfat turşusu (ρ = 1,15q/ml) əlavə olunur.

Alınan məhlulda maddələrin kütlə paylarını hesablayın.

2018-02-23   35577