NKPI

Maraqlı Məlumatlar

Nanoalmaz müalicə üçün istifadə olunacaq.

Rusiya Elmlər Akademiyasının akademiki Erik Mixayloviç  Qalimov nanoalmaz alınması üçün yeni qurğu yaratdıqlarını elan edib. O bildirib ki, kavitasiyanı imitasiya edən qurğu yaradılıb. Onlar qurğuya maye benzol doldurmuş və ondan nanoalmaz almışlar.

Alim aşağıdakıları deyib: “Bizim texnologiya təmiz praktiki mənada da böyük prespektivə malikdir. Nanoalmazlar dərman preparatlarını bir başa xəstə orqana çatdırılması üçün ideal vasitədir. Xərçəng şişi var. Onu dağıtmaq üçün ona radioaktiv izotop çatdırmaq lazımdır. Indi onu kifayət qədər dəqiq atəşləyirlər, amma yenə də ətrafdakı toxumalar dağılır. Nanoalmaz imkan verir ki, preparat lazım olan yerə dəqiq çatdırılsın. Onlar təsirsizdir və asanlıqla hüceyrə membranlarından keçir. Problem odur ki, bu almaz olsun”.

2015-08-24   36065