NKPI

Maraqlı Məlumatlar

ƏLƏKBƏROV KAZIM ƏBDÜLMANAF OĞLU

(1909-1987)

Kazım Əbdülmanaf oğlu Ələkbərov 1909-cu il fevralın 19-da BaKi şəhərində qulluqçu ailəsində anadan olmuşdur.

Azərbaycan PolitexniK İnstitutunun Kənd Təsərrüfatı faKÜltəsində (1929- 1930), Tbilisi şəhərindəKİ Zaqafqaziya Yeni Lifli BitKİlər İnstitutunun AqrobitKİlər (1931-1932) şöbəsində oxuyaraq aqronomluq ixtisasını bitirmişdir.

K.ƏləKbərov Kənd təsərrüfatı üzrə fəlsəfə doKtoru (1946) və elmlər doKtoru (1959) elmi dərəcəsi, professor (1960) elmi adını almış, AMEA-nın müxbir üzvi (1968) seçilmişdir.

K.ƏləKbərov Tbilisi şəhərindəKİ Zaqafqaziya yeni Iifli bitKİlər trestində tor­paqşünas (1932-1933), Baxı şəhərində Azərbaycan Torpaq Komissarlığında elmi işçi (1934-1939), SSRİ EA-nın Azərbaycan filialının Torpaq bölməsində kİçİk elmi işçi (1941-1943), AMEA-nın Torpaqşünaslıq və AqroKİmya İnstitu­tunda baş elmi işçi (1944-1950), Eroziya bölməsinin rəhbəri (1950-1970), Elmi Tədqiqat ƏKİnçilİK İnstitutunun direKtoru (1970-1974), Azərbaycan SSR EA- nın Coğrafiya İnstitutunun Təbiəti mühafizə şöbəsinin müdiri (1975-1987) vəzifələrində işləmişdir.

K.ƏləKbərov torpaqşünaslıq və torpaq eroziyası sahəsində tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqaməti müxtəlif miqyaslı torpaq və eroziya faKtoru xəritələrinin tərtibi olmuşdur.

Alim 120 elmi əsərin, o cümlədən 77 elmi məqalənin, 9 monoqrafiya, Kitab və broşüranın, 34 xəritənin müəllifidir. O həmçinin 10 elmi əsərin redaKtoru olmuşdur. Qəzetlərdə 6 məqaləsi dərc edilmişdir.

K.ƏləKbərov 15 namizədlİK dissertasiyanın rəhbəri, 1 doKtorluq işinin mə­sləhətçisi olmuşdur.

Alimin əsərlərinin çoxu xaricdə çap olunub. Bir çox beynəlxalq Konfrans, simpozium və Konqreslərdə, torpaqşünasların qurultayında məruzə ilə çıxış etmişdir.

K.ƏləKbərov "Әтәк veteranı" və "Rəşadətli əməyə görə" medalları ilə "Şərəf nişanı”, "Qırmızı әтәк bayrağı" ordenləri ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Kazım Ələkbərov 12 sentyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.

2016-02-11   35642