NKPI

Maraqlı Məlumatlar

1001 ixtira. Müsəlman sivilizasiyasının ölməz irsi -2

Müsəlman sivilizasiyasının ən böyük uğurlarının xəritəsi

II Məlumat

1. Ən – Nuri xəstəxanası (1156).

Xəstəxanalarda xəstələri ödənişsiz müalicə edirdilər. “Ən – Nuri” miqyaslı və mürəkkəb quruluşlu xəstəxana idi. Burada farmasevtlərin, ortopedlərin, okulistlərin və terapevtlərin hamısı “bazarın müfəttişləri” tərəfindən yoxlamalardan keçirdi və bu müfəttişlər təsdiq edirdilər ki, bu mütəxəssislərin hazırlıqları ən yüksək standartlara cavab verir.

2. Qan dövranı. İbn ən – Nafis (1210-1228).

Misirli İbn ən – Nafis ilk olaraq kiçik qan dövranını – venoz qanının ağ ciyər dövranının təsvirini vermişdir.

3. Oxabənzər tağ (IX əsr).

Oxabənzər tağ ideyası Avropaya Misirdən Siciliyadan keçməklə amfalitan tacirləri tərəfindən gətirilib.

4. Kamera – obuskura. Ibn əl – Xaysam (965-1039).

Qaranlıq otaqda Ibn əl – Xaysam pəncərələrin kiçik dəliklərindən şüaların keçərək əks tərəfdəki divarda çevrilmiş əks (təsvir) yaratdığını müşahidə etmişdir. Bu kamera müasir fotoaparatların ilk forması oldu.

5. Qalalar (XVII əsr).

Yerusəlim və Suriyanın qalalarının alınmaz konstruksiyaları Qərb ölkələrində istifadə olunub.

6. Əl-Cəzairin (XIII əsrin əvvəli) su qaldırıcı maşını.

Əl-Cəzairin qoyduğu ən əsas irs əyri-spino-şatun fırlanma hərəkətini düzxətli hərəkətə çevirir. Onun maşınları olduqca böyük miqdarda suyu insanın heç bir köməyi olmadan qaldıra bilirdi.

 

Mənbə: Салим Т.С. аль – Хасани. 1001 изобретение. Бессемертное наследие мусульманской цивилизации. Москва: Экcмо, 2016, 352с.

2018-09-06   36357