NKPI

Maraqlı Məlumatlar

Multikulturalizmə aid yeni kitab

 

2015-ci ildə Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabı nəşr olunub. Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi ilə nəşr olunub.

Yüz əlli bir ədəbiyyata istinad olunan bu kitab həm geniş oxucu kütləsi, həm də multikulturalizmdən dərs deyən müəllimlər və bu fənni öyrənən tələbələr üçün maraqlı vəsait ola bilər.

Kitabın mündəricatına baxdıqda onun nə qədər maraqlı və zəngin olduğu görünür:

Milli azlıq anlayışının xarakteristikası və multikulturalizm;

  • Azərbaycançılıq ideologiyası – milli birliyin əsası kimi;
  • Azərbaycanda milli azlıqlar;
  • Azərbaycan dövlətçiliyinə qəsdlər və onların qarşısının alınması;
  • Azərbaycan Respublikasında birgəyaşayış naminə həyata keçirilən milli siyasət;
  • Beynəlxalq Konvensiyalar və onların milli qanunvericilikdə təsbiti;
  • Beynəlxalq qurumların Azərbaycanda milli azlıqlarla bağlı siyasətə münasibəti;
  • Milli azlıqların hüquqlarının təmin edilməsində Ombudsmanın rolu;
  • Təhsil siyasəti və milli azlıqlar;
  • Azərbaycanda mədəni müxtəliflik;
  • Milli azlıqlar və media;
  • Milli azlıqların dini etiqad azadlığının təmin edilməsi.

Kitabda milli azlıqlar olan avarlar, axaxlar, axıska türkləri, almanlar, buduqlar, gürcülər, xınaqlıqlılar, ingiloylar, kürdlər, qrızlar, ləzgilər, malakanlar, ruslar, rutullar, saxurlar, talışlar, tatarlar, tatlar, udilər, yəhudilər haqqında olduqca maraqlı məlumatlar verilib.

2016-02-19   4626