NKPI

Maraqlı Məlumatlar

1001 ixtira. Müsəlman sivilizasiyasının ölməz irsi -16

Müsəlman sivilizasiyasının inkişafının zaman oxu

XIII Məlumat

1) 1616-cı il.

Can Vallis doğulub. Bu məşhur riyaziyyatçı və Kral cəmiyyətinin üzvü ərəb riyazıyyatçılarının əsərlərini tərcümə edib. O, əf – Tusinin işini özünün “Opera mathematica” kitabına daxil edib.

2) İngiltərənin ən məşhur kimyaçısı Robert Boyl doğulub.

O, ərəb əlyazmalarının axtarışı ilə məşğul olub və onların tərcüməsini sifariş edib.

3) 1633-cü il.

Zaqori Həsən Çələbi Bosfor üzərindən ilk pilotlu raketdə uçub.

4) 1634-cü il.

Kral I Karl Levantiya şirkətindən xahiş edir ki, İngiltərəyə qayıdan hər bir gəmidə ərəb əlyazmaları göndərsinlər.

5) 1642-ci il.

İsaak Nyuton doğulub.

O, öz kitabxanasında İbn-əl – Xaysanın “Optika kitabı”nın latın dilinə tərcüməsinin nüsxəsini saxlayıb.

6) 1650-ci il.

Türk tacirləri Birləşmiş Krallığa kofe gətirirlər.

7) 1656-cı il.

Edmund Qalley doğulub. Bu təbiətşünas və astronom yunan riyaziyyatçılarını ərəb dilindən tərcümə edib və əl-Batbaninin müşahidələrini öyrənib.

 

Mənbə: Салим Т.С. аль – Хасани. 1001 изобретение. Бессемертное наследие мусульманской цивилизации. Москва: Экcмо, 2016, 352с.

2018-09-21   35327