Maraqlı Məlumatlar
1001 ixtira. Müsəlman sivilizasiyasının ölməz irsi -24
Saatlar
Bizimlə nə baş verirsə – arzu etdiyimiz, ümid etdiyimiz və ya qorxu hissi-zaman bizimlə və bizsiz irəli gedir. Bizim qorxduğumuz imtahan, əhəmiyyətli söhbət və ya ad günü – elə an çatır ki, bizim fəaliyyətimiz başlayır və başa çatır.
İlk günəş saatları yaranan andan insanlar zamanı qeyd etməyə can atıb. Bu gün bizim səssiz rəqəmli xronometrimiz və tıqqıldayan mexaniki saatlarımız var. Onların sələfləri klepsidra və su saatları olub. Klepsidra bölgüləri olan adi vazdır və onun gövdəsinin buruncuğundan axan suyun miqdarını qeyd edirdilər. Belə saat bizim eradan 1500 il əvvəl Misirdə istifadə olunub.
Suyun köməyi ilə zamanı ölçmək üçün digər qədim qurğu Hindistandan gəlir və qaxatika-yantza adlanır. O, misdən və ya kokosdan hazırlanmış, dibində kiçik dəlik olan yarım sferik piyalə formasındadır. İçərisində su olan daha böyük qabda üzərək piyalə tədricən dolur və batır. O dibə çatdıqda saata baxan kar tıqqıltı eşidir və onu çıxarır ki, proses yenidən başlasın. Bu qurğu budda və hindu məbədlərində çox populyar idi, sonralar hind məscidlərində də geniş istifadə olunmağa başladı.
Bizim tariximiz XIII əsr su saatlarından və Türkiyənin cənub şərqində olan Diyarbəkirdən olan əl-Cazari adlı ixtiraçı adamdan başlayır. O, dindar müsəlman və yüksək peşəkarlıqlı mühəndis idi. Biz avtomatik mexanizm ideyasının yaranmasına görə ona borcluyuq. Onu sələfləri, xüsusən də qədim yunan və qədim hind alimlərinin yaratdıqları maşın və mexanizmlər ruhlandırmışdı.
1206-cı ildə əl-Cazari Diyarbəkirin Artukidlər sülaləsindən olan hökmdarlar işləyərək müxtəlif növ və ölçüdə çoxlu saatlar yaratmışdı. O vaxtki monarx Nəsir-əd-din ona demişdi: Sən müqayisə olunmaz qurğular yaratdın və bu mexanizmləri yaratmaq üçün güc sərf etdin; özünü yoraraq yaratdığını itirmə. Mən istəyirəm ki, elə kitab yazasan ki, orada sənin ayrı-ayrı yaratdığın mexanizmlər haqqında ümumi məlumat olsun və bu əşyaların şəkilləri də verilsin.
Rəhbərin istəyinin nəticəsi mühəndis ədəbiyyatının dahi əsəri “Ağıllı mexaniki qurğular haqqında biliklər kitabı” məşhur əsər oldu. Bu əsər müxtəlif profilli mühəndislər üçün əvəzsiz məlumat mənbəyi oldu. Bu kitabda 6 kateqoriyaya bölünmüş 50 mexanizm, o cümlədən su saatları təsvir olunmuşdur.
Bu gün bizə saat neçə olduğunu bilmək vacib olduğu kimi 700 il əvvəl müsəlman dünyası buna ehtiyac duymuşdu əl-Cəzari müsəlman saat ustalarının ənənələrinə sadiq qalmışdı. Müsəlmanlar bilirdilər ki, zamanı saxlamaq olmaz, biz onu daim itiririk və onu bilmək vacibdir ki, ondan yaxşı istifadə olunsun, xeyirxah işlər görülsün. Bundan başqa hər gün ibadət anını dəqiq müəyyən etmək lazım idi, məscid xadimləri isə insanlar vaxtında ibadətə çağırmalı idilər. Orucluqda oruc tutmaq, id-əlfitr bayramının və ya Məkkəyə getmək vaxtınında əvvəlcədən bilinməsi vacib idi.
Hökmdar Nəsr-əd-din dedikləri “müqayisə olunmaz qurğular” sırasına Fil saatları da daxil idi.
2018-09-29 35524
Ətraflı
Son Xəbərlər
Neft-Kimya Prosesləri İnstitutu 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu 2024-cü il üçün elmlər və
2024-04-15
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır.
2024-04-09
Neft-Kimya Prosesləri İnstitutunun gənc alimləri Beynəlxalq konfransda uğur qazanıblar
3-4 aprel 2024-cü il tarixində Rusiya Federasiyası Xanti-Mansisk şəhərində 15 ölkənin iştirakı ilə keçirilən VII Beynəlxalq «Neftyanaya
2024-04-05