NKPI

Maraqlı Məlumatlar

Tərəvəz və meyvə şirələrinin xəstəliklərin müalicəsində istifadəsi

 

Şirələr və onların qarışığını müəyyən xəstəliklərin müalicəsi üçün seçərkən əvvəlcə doğru diaqnoz qoyulmalı və xəstəliyi törədən səbəb müəyyən olunmalıdır. Yalnız bundan sonra şirə ilə müalicəyə başlamaq olar. Əgər qığırdaq xəstələnmişdirsə o, özünə kalsium cəlb edir və onu toplayır. Artrit zamanı qeyri-üzvi kalsium birləşməsinin xırda hissəcikləri qığırdağın və bağların bərkiməsinə səbəb olur, babasil zamanı isə o, qanın laxtalanmış fiğrinlərini əmələ gətirir. Hər iki halda xəstəliyi törədən səbəb qeyri-üzvi kalsium birləşməsidir.

Qeyri-üzvi kalsium birləşməsinin çökməsi ilə mübarizədə ən qüvvətli vasitə salisil turşusudur. Hər gün yarım litr və daha çox qreynfrut şirəsi içmək bu duzların həll olmsına və orqanizmdən çıxmasına kömək edir. Amma, şirə təzə çəkilmiş olmalıdır. Kalsium duzunun həll olması və qığırdağın bərpa olması prosesi adətən ağrılarla müşaiyət olunur, amma, sağlamlığın xatirinə dözmək lazımdır.

Yoğun bağırsağın fəaliyyətini yaxşılaşdırmaq üçün hər gün yarım litr kök və ispanaq şirəsi içmək lazımdır. Göstərilən şirələr yoğun və nazik bağırsağın sinirlərini və əzələlərini aktiv qidalandırır.

Norvokdakı qida kimyası və elmi tədqiqat laboratoriyasının əməkdaşı, elmlər doktoru N.V.Uoker tərəfindən şirələrin və onların qarışıqlarının tərtib olunmuş reseptləri verilir:

№-si  Komponentlərin adı

1. Kök

2. Kalium (kök, ispanaq, cəfəri, kərəviz)

3. Çuğundur, yarpaqları ilə birlikdə

4. Brüssel kələmi

5. Ağbaş kələm

6. Kərəviz

7. Xiyar

8. Zəncir otu

9. Kaşni

10. Yaşıl bibər

11. Qıtığotu və limonlar

12. Kahı

13. Cəfəri

14. Qırmızı turp və onun yarpaqları

15. İspanaq

16. Qınlı lobya

17. Şalğam və onun yarpaqları

18. Kress

19. Qarayonca

20. Almalar

21. Hind qozu

22. Qreypfrut

23. Limonlar

24. Apelsinlər

25. Nar

26. Kök və çüğündür

27. Kök, alma və çuğundur

28. Kök, çuğundur və kərəviz

29. Kök, çuğundur və hind qozu

30. Kök, çuğundur və xiyar

31. Kök, çuğundur və kahı

32. Kök, çuğundur, kahı və şalğam

33. Kök, çuğundur və ispanaq

34. Kök və kələm

35. Kök, kələm və kərəviz

36. Kök, kələm və

37. Kök və kərəviz

38. Kök, kərəviz və kasni

39. Kök, kərəviz və kahı

40. Kök, kərəviz və cəfəri

41. Kök, kərəviz və qırmızı turp

42. Kök, kərəviz və ispanaq

43. Kök, kərəviz və şalğam

44. Kök və xiyar

45. Kök və zəncirotu

46. Kök, zəncirotu və kahı

47. Kök, zəncirotu və ispanaq

48. Kök, zəncirotu və şalğam

49. Kök, kasni və şalğam

50. Kök, kərəviz kasni və cəfəri

51. Kök və yaşıl bibər

52. Kök və kahı

53. Kök, kahı və qara yonca

54. Kök, kahı və xiyar

55. Kök, kahı və ispanaq

56. Kök, kahı və qınlı lobya

57. Kök, kahı, qınlı lobya və brüssel kələmi

58. Kök, kahı və şalğam

59. Kök və cəfəri

60. Kök və qırmızı turp

61. Kök və ispanaq

62. Kök, ispanaq, şalğam və su kressi

63. Kök və şalğam

64. Kök, şalğam və su kressi

65. Kök və su kressi

66. Kök və qara yonca

67. Kök və alma

68. Kök və şirin şüyüt

69. Kök və hind qozu

70. Qreypfrut, limon və apelsin

71. Kök və apelsin

72. Kök və nar

73. Kök, çuğundur, nar

74. Kök, kahı və nar

75. Kələm və kərəviz

76. Kərəviz, xiyar, cəfəri və ispanaq

77. Kərəviz, xiyar, şalğam

78. Kərəviz, zəncir otu və ispanaq

79. Kərəviz, kasnı və cəfəri

80. Kərəviz, kahı və ispanaq

81. Kərəviz və qınlı lobya

82. Brüssel kələmi və qınlı lobya

83. Kök, brüssel kələmi və qınlı lobya

84. Kök, qulançar və kahı

85. Kök, qırmızı turp və su kressi

86. Kök, cır havuc və su kressi

Şirələr ilə xəstəliklərin qarşısını almaq, orqanizmin infeksiyalı xəstəliklərə yoluxmaya müqavimətini artırmaq, xəstəliyi aradan qaldırmaq və orqanizmin normal fəaliyyətini bərpa etmək olar. Bunun üçün hansı şirəni və ya şirələr qarışığını (qarışıqda dəqiq nisbət gözlənilməklə) və hansı miqdarda qəbul etməyi bilmək vacibdir. Bunun üçün şirələrdən istifadə reseptləri və tövsiyələr ayrı verilir.

 

Mənbə: V.M.Abbasov, A.M.Tağıyeva, Z.V.Abbasova, A.E.Əlizadə, İ.S.Musayeva. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.

2016-02-24   4981