NKPI

Maraqlı Məlumatlar

1001 ixtira. Müsəlman sivilizasiyasının ölməz irsi -27

Musiqi

Musiqi coğrafi, mədəni, milli və təbii sərhədləri aşıb keçir. Dil kimi o bizə ünsiyyət qabiliyyəti verir. Amma XX əsrin artistləri və müğənniləri bilirlərmi ki, onların incəsənətinin çox hissəsi IX yüzilliyin yaxın şərq müsəlmanlarının əməyinin meyvələridir? Bu ustalar, məsələn, əl-Kindi musiqi şərti işarələr sistemi – musiqini yazmaq üçün işarələr sistemi istifadə ediblər. Onlar həmçinin notların qammalarını təşkil edən tərkiblər veriblər – bu üsul solmirasiya adlanıb. Bu hecalar bu gün əsas musiqi şkalasını əmələ gətirir. Biz do, re, mi, fa, sol, lya, si sırasını bilirik. Bu notları ifadə edən ərəb əlifba işarələri dal, ram, fa, sad, lyam, sin-dir. Müasir qamma ilə IX əsr ərəb əlifbası işarələri  arasındakı fonetik oxşarlıq heyrətləndiricidir.

Əl-Kindidən təxminən 70 il sonra digər ustad, əl-Fərabi skripkanın sələfi olan rababa alətini və kanun – üzərinə simlər çəkilmiş üçkünc qutuşəkilli aləti yaratmışdır. O, musiqi haqqında beş əsər yazmışdır, amma onun musiqi nəzəriyyəsinə aid olan “Musiqinin böyük kitabı” əsəri şedevr oldu. XII əsrdə o, ivrit, sonra isə latın dilinə tərcümə olunub. Əl-Fərabi və onun kitablarının təsiri XVI yüzilliyə qədər davam edib.

Avara musiqiçilər, tacirlər, səyyahlar ərəb musiqisinin Avropaya nüfuz etməsinə kömək edib. İspaniyanın və Portuqaliyanın mədəni və artistik həyatına 800 il müsəlman idarəçiliyi zamanı təsir edib.

Çox adamlar yeni musiqinin Avropada yayılmasında rol oynayıb. Təsirli melodiyalı səsi və qarabəniz sifətli olduğundan Qara Ağacdələn ləqəbi verilmiş Ziryab göstərilib. O, Bağdad musiqisinin istedadlı şagirdi olmuşdur. Öz istedad və ustalığını təkmilləşdirərək tədricən öz müəllimini ötüb keçmişdir.

822-ci ildə Ziryab onu dəvət edən xəlifənin oğlu, xəlifə II Əbd-ər-Rəhmanın Kordovodakı sarayına yerləşmişdir. Burada Ziryabı onun sənətinin çiçəklənməsi və tanınması gözləyirdi: o, ayda 200 qızıl dinar əmək haqqı və çoxlu imtiyazlarla sarayda təşrifat məmuru (sarayda məclisdə təşrifat və mərasim qaydalarına baxan məmur) işləyirdi.

Onun fəaliyyəti çoxşaxəli idi: o, Kordovoda dünyada ilk konservatoriya yaradıb, harmoniya və kompozisiya qanunlarını öyrədib, burada ərəb aləti udu (əl-ud) istifadəyə daxil edib, ona beşinci baş simi daxil edib, taxta mizrabı qrif lələyi ilə əvəz edib və sərbəst metrik və ritmik parametrləri müəyyən edərək musiqi nəzəriyyəsini tamamilə yeniləşdirib.

XX əsrdə yaşamış fransız tarixçi Anri Terras yazıb: “Bu şərq sakininin (Zizyabın) Kordovaya gəlişindən sonra burada rahatlıq və təm-təraq küləkləri əsdi. Ziryabı poeziya və zövq atmosferi əhatə edirdi; o, özü mahnılarını yazırdı və axşamlar iki xidmətçinin iştirakı ilə udda çalırdı. O, öz sənətinə görünməmiş əhəmiyyət verirdi”.

2018-10-02   35371