NKPI

Maraqlı Məlumatlar

1001 ixtira. Müsəlman sivilizasiyasının ölməz irsi -28

İncəsənət və arabeska

Bəzi naxışlara baxaraq görəcəksiniz ki, hər an sizə görünən obrazlar və formalar dəyişmələrə məruz qalır. Belə həndəsi incəsənət – təmiz riyaziyyat və fəza incəsənətinin qarışığıdır, forma və təkrarlanan kombinasiyaların qarşılıqlı təsiridir. Burada insan fiqurları yoxdur, hər şey mürəkkəb ornamentin axıcı xətlərindən ibarətdir. Nə qədər ki, sən naxışlara baxırsan, onlar sanki transformasiya olunur və bununla da dərindən düşünməyə və mənəvi rahatlığa təhrik edir, odur ki, məscidlər üçün daha uyğundur.

Məhəmməd Peyğəmbər (ə.s.) incəsənətdə insan və heyvan təsvirlərinin istifadəsinin əleyhinə çıxış etmişdi. O, istəmirdi ki, onun zəmanəsinin müsəlmanları bütlərə, təsvirlərə və ya maddi dünyaya sitayiş – Allaha diqqətdən yayındıran islama qədərki dövrə qayıtsınlar.

Müsəlman incəsənətində həndəsə mərkəzi yer tuturdu. Rəssamlar öz təxəyyüllərini və yaradıcılıq qabiliyyətlərini azad etdilər ki, “arabeska” adlanan, tamamilə yeni bədii formanı yaratsınlar. “Arabeska” həndəsi incəsənətin inkişafı məhsuludur.

 Arabeska – çoxlu birləşmiş və bir-birindən keçən elementlərin təkrarlanan birliyidir. Hər bir müstəqil element tamamlanıb və xüsusiləşmiş formada mövcud ola bilər, amma onların hamısı sıx əlaqəlidir və ümumi kompozisiyanın hissələrini əmələ gətirirlər. Bu növ iki ölçülü naxışlar əsasən səthlərin – tavanların, divarların, xalçaların, mebellərin və parçaların səthlərinin tərtibatı üçün istifadə olunurdu.

Bu incə estetik formaların əla nümunələri yaxın vaxtlarda Topqapıda (İstanbulda) xüsusi formalar tapıldıqdan sonra məlum olub. O, XV və ya XVI əsrdə Persiyada işləmiş usta – inşaatçının – əsəri – divarların səthi və formalar üçün 114 müxtəlif həndəsi şablonlara malik manuskriptdir. Bu, bu növ əsərlərinin zədələnməmiş tapılan ən erkən nümunəsidir. Onun kəşfinə qədər ən erkən islam arxitektura forması Buxara (Özbəkistan) yaxınlığında tapılan və XVI əsrə aid edilən fraqmentlər hesab olunurdu.

Arabeska bundan əlavə bitki formalarından da ibarət ola bilər – gövdə növlərindən, yarpaqlarından və çiçəklərindən – və ya bitki və həndəsi formaların birliyindən – belə naxışlar da avropa rəssamlarına güclü təsir etmişdir. Bu fəndlər Renesans, barokko, rokoko, müasir incəsənət əsərlərində istifadə olunub. Leonardo da Vinçi mürəkkəb naxışlar çəkməyə çox vaxt sərf edirdi.

Avropa təkcə arabeskani müsəlmanlardan götürmədi; XIV əsrdə avropalı rəssamlar üçün daha bir əhəmiyyətli sıçrayış baş verdi. Onlar müsəlman dünyasından yağlı boyanı idxal etdilər. Əvvəllər onlar ağaca çəkilən temper – yumurta, su, bal və rəngləyici qatılaraq hazırlanan maddə istifadə edirdilər. Kətan yağından hazırlanan bahalı boyaq avropa təsviri sənətinə olduqca böyük təsir göstərdi.

2018-10-03   35190