NKPI

Maraqlı Məlumatlar

Ağızdan gələn pis iyə qarşı xalq təbabəti vasitələri.

Ağızdan iy gəlməsinin müxtəlif səbəbləri var:

  • zay olmuş, çürümüş dişlər, onların qeyri müntəzəm təmizlənməsi, xüsusən də axşamlar.
  • bəzi ağ ciyər xəstəlikləri.
  • çətin həzm olan qidalar qəbul etdikdə öd qara ciyərdə qalır və ağızdan dəhşətli iy gəlir.

Ağızdan pis iyin gəlməsinin başqa səbəbləri də var və ağızdan gələn pis iyin aradan qaldırılması üçün aşağıdakı xalq təbabəti vasitələri istifadə olunur:

  1. Bir yemək qaşığı xırdalanmış palıd qabığının üzərinə 1 stəkan qaynar su tökülür, su hamamı üzərində 30 dəqiqə qaynadılır və 1 saat saxlanılır. Ağızdan pis iy gədikdə ağzı bu maye ilə gündə bir neçə dəfə (yeməkdən sonra, evdən çıxarkən və s.) yaxalamaq məsləhətdir.
  2. Cəfəri (petruşka) ağızdan pis iyi  yox edir, həmçinin bakteriyaları öldürür. Damaqda və ağızın selikli qişasında iltihab olduqda cəfəri faydalıdır.
  3. Bir yemək qaşığı quru nanə yarpaqları (və ya 20 təzə yarpaqlar) 0,5 litr qaynar suya tökülür və 1 saat saxlanılır. Ağız gündə bir neçə dəfə yaxalanır.
  4. Ağızdan sarımsaq və soğanın iyini yox etmək üçün apelsin və ya bir piyalə tünd çay içmək lazımdır.

2015-08-25   36953