NKPI

Maraqlı Məlumatlar

Cavid Hikməti: seçmə aforizmlər - 10

Şerlər
Məlumat 10
 
Əvət, bu nəmli, işıqsız, bu kirli zindanlar
Yerim deyildi, fəqət kəndim ixtiyar etdim,
(Bir qızın son fəryadı, yaxud
zindan guşəsindən bir səs)
 
Eşqin atəşi var,
O hər hanki qəlbə düşsə yaqar.
***
Xəyal!.. Əvət, yaşatan yalnız əhli-halı olur,
Yaşarsa bir gönül, az-çoq xəyal içində yaşar.
(Bilməm kimə?)
 
Əcəl güclü, bən gücsüzüm, kimsə ondan qurtulmaz,
Toplaşınız, vardır sizə bir qaç sözüm, dinləyin.
Getməliyəm, vəsiyyətsiz ölsəm ruhum şad olmaz,
Qulaq verin sözlərimə, birər-birər bəlləyin.
İlk istəyim: hiç bir zaman sevgidən əl çəkməyin,
İnsan oğlu sevgi için yaratılmış, doğmuşdur.
***
Yer yüzünü qardaş bilin, insan qanı dökməyin.
***
Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur.
***
Kimsəyə kin bağlamayın, yigit olun, mərd olun,
Qonum-qomşu, yaqın-uzaq hər kəslə həmdərd olun
Qırıq gönülləri yapın, bıraqmıyın sızlasın.

2018-12-29   32557