NKPI

Maraqlı Məlumatlar

Atalar sözü – ağlın gözü -12

Adıgey atalar sözü və məsəlləri
 
Dəli nə qədər ki, dinmir – ağıllıdır.
***
Öz itini nə adla çağırsan, o adla da çağıracaqlar.
***
Qarğaya göz verəndə qaş da istədi.
***
Uşaq qaçanda qocanın ayaqları sızıldar.
***
Qocanı da çay aparanda “ana” deyib çağırar.
***
Soruşanda ki, kimin başı qəşəngdir – tısbağa öz başını çıxartdı.
***
Halını soruşmayana başının ağrısını danışma.
***
İri yağış tez kəsər.
***
Aza görə razılıq eləməyən, çoxa görə “sağ ol” deməyəcək.
***
Şirin dil ürəyi yumşaldar.

2019-02-02   475