NKPI

Maraqlı Məlumatlar

Atalar sözü – ağlın gözü -13

Adıgey atalar sözü və məsəlləri
 
Hiyləgəri məsləhətçi götürmə.
***
Bir kənd bütöv qohum olunca, hər kənddə bir qohum olması yaxşıdır.
***
Ürəyə xoş gələn, gözə də gözəl görünər.
***
İki qırğı savaşar – sərçəyə dən düşər.
***
İldə bir dəfə dəvə də oynayar.
***
Cavanlar çobanların papağının təpəsindən bilir ki, hansının qoyununu aparmaq olar.
***
Paxıl – bədbəxt olar.
***
Danışanda – düşün danış, əyləşəndə – ətrafına bax əyləş.
***
Yalançının bir düz sözü vardı, onu da it apardı.

2019-02-03   32728