NKPI

Maraqlı Məlumatlar

Atalar sözü – ağlın gözü -20

Başqırd atalar sözü və məsəlləri
 
Uşaq – atadan yetim qalmır, anadan yetim qalır.
***
Ürəkdən gələn söz ürəklərə yol tapar.
***
Danışmaq – gümüşdür, susmaq – qızıl.
***
Ağıllı – atını təriflər, yarımçıq – arvadını, axmaq da öz-özünü.
***
İnsana dili bəla gətirər, heyvana – buynuzu.
***
Dəvəcə boyun olunca, düyməcə ağlın olsun.
***
Günahkarın yuxusu gəlməz.
***
Düşmən çağırsa getmə, dost çağırsa get.
***
Tanınan yerdə özünə hörmət edirlər, tanınmayan yerdə kürkünə.
***
Dərin çaylar səssiz axar.

2019-02-10   654