NKPI

Maraqlı Məlumatlar

Atalar sözü – ağlın gözü -21

Başqırd atalar sözü və məsəlləri
 
Boyunla yox ağlınla öyün.
***
Qarğa da balasını oxşayır: “Mənim ağappaq balam”; kirpi də balasını oxşayır: “Mənim ipək balam”.
***
Toy o tərəfdədirsə, bu tərəfdə oynama.
***
Çox ehtiyatlı olmaq da qorxaqlıqdır.
***
Atı bir aya sınayırlar, insanı bir ilə.
***
Düşmənin gülüşünə inanma.
***
Qəm yemə ki, pul yoxdur; qəm ye ki, iş yoxdur.
***
Zoruna güvənmə, ağlına güvən.
***
İlanın quyruğunu basma, başını bas.
***
Sözə baxma, işə bax.

2019-02-11   509