NKPI

Maraqlı Məlumatlar

Atalar sözü – ağlın gözü -30

Qaraqalpaq atalar sözü və məsəlləri
 
İnadkar məqsədinə çatar, tələsgən gülünc olar.
***
Dayçanı təriflə, ancaq ata min.
***
Qoyun olmasa keçəni hardan götürərsən? Fikir olmasa məsəli hardan keçərsən?
***
Hər başda bir fikir var, təkcə keçəlin başında – yüz min. (Keçəl Orta Asiya folklorunda komik surətdir).
***
Qoca dəvə bərk nərildər, qoca xoruz bərk banlar.
***
Səkkiz qabırğalı balığı ancaq doqquz qabırğalı igid tuta bilər.
***
Qoy danışsın bayın qızı, ağzı əyri də olsa.
***
At alırsan – aulla məsləhətləş, arvad alırsan – qohumlarla.
***
Qorxağı çox izləyəndə dönüb olur cəsur
***
Balığın yaşı axcasından bilinər.
***
Qabaq təkər hara gedərsə, dal təkər də ora gedər.
***
Varlıya mal əzizdir, kasıba uşaq.

2019-02-20   32533