NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - AZƏRBAYCAN ƏSGƏRİ

Əzdin yağı düşməni,
Verdin onun dərsini,
Qazandın ilk zəfəri,
Azərbaycan əsgəri.
 
Şahə qalxdın səngərdən,
Düşmənlər pərən-pərən,
Sən irəli gedirsən,
Azərbaycan əsgəri.
 
Səsin dağlar titrətdi,
Qaçır indi erməni,
Qarabağ qucdu səni,
Azərbaycan əsgəri.
 
Lələ təpə alındı,
Zəfərə yol açıldı,
Sən qovdun, düşmən qaçdı,
Azərbaycan əsgəri.
 
İndi bizdə Talış da,
Yol açıldı dağlara,
Qalx dağlara bu yolla,
Azərbaycan əsgəri.
 
Sən vətənin qüruru,
Cəsur, qəhraman oğlu,
Yolun olsun uğurlu,
Azərbaycan əsgəri.
 
Var müdrik bir rəhbərin,
Səni sevən millətin,
Bu sevgidən gücləndin,
Azərbaycan əsgəri.
 
Əldə zəfər bayrağı,
Getdiyin Qarabağdı,
Əhsən sənə, halaldı,
Azərbaycan əsgəri.
 
Şuşa səni gözləyir,
Darıxmışam, gəl deyir,
Gedəcəksən, əmindir,
Azərbaycan əsgəri.
 
Allah səni qorusun,
Vətənə şərəf oldun,
Şuşaya açıq yolun,
Azərbaycan əsgəri.

2016-04-04   6518