NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - Vətən sağ olsun!

 
Şəhid oldum anam məni ağlama,
Yas saxlayıb başa qara bağlama,
Şəhidliyim yazılmışdı alnıma,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
Çox xoşbəxtəm, Qarabağı görən mən,
Döyüşərək torpağımı aldım mən,
Şəhid olan oğlun ilə fəxr et sən,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
Qanımı mən Qarabağda axıtdım,
Vətən üçün qəhrəmanlıq yaratdım,
Azad olur mənim ulu torpağım,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
Düşmən ilə mən mərdliklə savaşdım,
Baş tacımız Şuşaya mən yol açdım,
Tək deyiləm, vardır şəhid qardaşım,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
Vətən üçün şəhid olmaq şərəfdi,
Sənin oğlun yaşadı bu şərəfi,
Ağlayaraq sevindirmə namərdi,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
Bil ki, vətən Mübarizi çox indi,
Azərbaycan oğulları igiddi,
Vətən üçün şəhid olduq şərəfli,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
Tariximiz şəhidlərin tarixi,
Vətənimin tarixi də şərəfli,
Şəhid olduq, yazdıq yeni tarixi,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
Qəhrəmanam, verdim vətən borcumu,
Qəhrəmandır Azərbaycan ordusu,
Nə yaxşı ki, bu gün Vətən məğrurdu,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
Sən dünyada ən qəhrəman anasan,
Vətən üçün sən qəhrəman doğmusan,
Sevin ki, sən indi Qarabağlısan,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
Qanım ilə çiçəkləri suladım,
İstədim ki, çiçəkləri yaşadım,
Dedim yenə çiçəklənsin diyarım,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
Mən ölmüşəm, İlham sənin oğlundur,
Sərkərdəmiz bu gün haqlı, məğrurdur,
Rəhbərimiz ulu Heydər oğludur,
Qürurlu dur, söylə Vətən sağ olsun!
 
05.04.2016

2016-04-05   36328