NKPI

Интересные Факты

Vaqif Abbasov - AZƏRBAYCAN OĞLUYAM

 
Mərdlik ilə düşmənimə dərs verdim,
Kimliyimi mən düşmənə göstərdim,
Mən hayqırdım, pərən-pərən düşmənim,
Bildilər ki, Azərbaycan oğluyam.
 
Bir yumruq tək ordumuzda birləşdik,
Təlim keçdik, ordu kimi gücləndik,
Bu güc ilə namərdlərə dərs verdik,
Mərd əsgərəm, Azərbaycan oğluyam.
 
Mərdlik ilə döyüşdüm mən savaşda,
Qalib oldum, gəldim ulu torpağa,
Bayrağımız dalğalanır Talışda,
Bildirdim ki, Azərbaycan oğluyam.
 
Sərkərdəmdən ilham aldım, güc aldım,
Əmrin alıb dağlara mən yol aldım,
Keçəl dağın zirvəsinə ucaldım,
Zirvədəyəm, Azərbaycan oğluyam.
 
Qarabağda məskən saldıq yenidən,
Ermənidir bu gün ondan köç edən,
Paklığına qovuşmaqda bu vətən,
Qarabağlı Azərbaycan oğluyam.
 
Lələ dağın zirvəsində durmuşam,
Döyüşərək onu geri almışam,
Qalib gəlib Şuşaya yol açmışam,
Qürurluyam, Azərbaycan oğluyam.
 
Erməniyə məzar oldu Ağdərə,
Çoxdan idi həsrətliydi bizlərə,
Ağdərə də qarşıladı sevinclə,
Onu görən Azərbaycan oğluyam.
 
Xarıbülbül Qarabağın simvolu,
Çoxdan idi gözləyirdi yolumu,
Mən gələnə o oyandı, şad oldu,
Tanıdı ki, Azərbaycan oğluyam.
 
Mən dünyaya var səsimlə deyirəm,
Qarabağı mən heç kəsə vermərəm,
Hamınıza indi sübut etmişəm,
Qəhrəmanam, Azərbaycan oğluyam.
 
Qarabağım qanım ilə yuyundu,
Murdarlardan təmizləndi, pak oldu,
Muğam məndən bu paklığa pay oldu,
Bildirdim ki, Azərbaycan oğluyam.
 
Hayqıraraq aşıb-daşdı Tərtərim,
Sevindirdi onu mənim zəfərim,
Bu sevinci gördü sevən gözlərim,
Qürurluyam, Azərbaycan oğluyam.
 
Vətənimiz sevinclidir, ağlamır,
Həsrət itdi, indi Qarabağlıdır,
Bayrağımız Qarabağda ucalır,
Qürurluyam, Azərbaycan oğluyam.
 
Heydər babam istəyirdi bu günü,
Zamanında hazırlığı o gördü,
Aldım ondan qəhrəmanlıq öyüdü,
Qəhrəmanam, Azərbaycan oğluyam.
 
Varisidir dövlətimin rəhbəri,
Ordu qurdu, təmin etdi zəfəri,
Oğlu kimi sevəndi o əsgəri,
Qəhrəmanam, Azərbaycan oğluyam.
 
Alqış ona, İlham Heydər oğluna,
O layiqdir sonsuz alqış haqqına,
Qarabağdır hədiyyəmiz İlhama,
Bunu deyən Azərbaycan oğluyam.
 
Akademik Vaqif ABBASOV

2016-04-06   36794