NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - Azərbaycan gəncliyi

 
Yumruq kimi birləşəndə güclüsən,
Bu gücünlə vətən sənlə fəxr edən,
Öz gücünü indi sübut etdin sən,
Yaşa səni Azərbaycan gəncliyi!
 
Qəhrəmanlıq vardır sənin qanında,
Qəhrəmanlıq yazılıbdı alnına,
Uğurlusan qəhrəmanlıq yolunda,
Yaşa səni Azərbaycan gəncliyi!
 
Səndə sonsuz böyük vətən sevgisi,
Vətən sənə canından da əzizdi,
İndi gördüm səndə olan qüdrəti,
Yaşa səni Azərbaycan gəncliyi!
 
Arxalandı sənə ulu vətənin,
Dəyərlidir sənin mərdlik xislətin,
Mərdlik ilə düşməninə dərs verdin,
Yaşa səni Azərbaycan gəncliyi!
 
Qarabağda bayrağımı ucaltdın,
Ordumuza şərəfini qaytardın,
Zəfər çaldın, yeni tarix yaratdın,
Yaşa səni Azərbaycan gəncliyi!
 
Sevinclidir Azərbaycan anası,
İgidliklə döyüşəndir balası,
Sənə layiq sonsuz ana alqışı,
Yaşa səni Azərbaycan gəncliyi!
 
akademik  Vaqif ABBASOV

2016-04-08   4567