NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - Nədən indi oyanmısan?

 
İllər ilə susan dünya,
Ədalətsiz olan dünya,
Vəhşiyə dost olan dünya,
Nədən indi oyanmısan?
 
Bilirdin ki, namərd kimdi,
Tanıyırdın ermənini,
Çıxartmırdın sən səsini,
Nədən indi oyanmısan?
 
Başkəsənə dəstək verdin,
Həqiqətə üz döndərdin,
Haqlını sən haqsız etdin,
Nədən indi oyanmısan?
 
Xalqım indi ayaqdadır,
Ordum qovur, düşmən qaçır,
Bilirdin dostun gədadır,
Nədən indi oyanmısan?
 
Xocalını məhv edəndə,
Haqq verdin sən erməniyə,
İndi dur deyirsən mənə,
Nədən indi oyanmısan?
 
Qarabağım bil, mənimdi,
Qonaq gələn erməniydi,
Çoxdan çıxıb getməliydi,
Nədən indi oyanmısan?
 
Namərd ilə dost olmuşdun,
Vəhşiliyə göz yummuşdun,
Təslim olur vəhşi dostun,
Nədən indi oyanmısan?
 
Bilmir hara qaça indi,
Tapa bilmir vətənini,
Bunun günahı sənindi,
Nədən indi oyanmısan?
 
Götür namərd dostunu sən,
Axtar ona yeni vətən,
O dərs aldı, gecikdin sən,
Nədən indi oyanmısan?
 
Şərəfsizlə dost olanda,
Dost olan batar günaha,
Çoxdan sən batdın günaha,
Nədən indi oyanmısan?
 
Gəlib mənə yalvarma sən,
Əf diləmə namərdə sən,
Əffin üçün gecikmisən,
Nədən indi oyanmısan?
 
akademik Vaqif ABBASOV

2016-04-09   36010