NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - Bayrağım Qarabağdadı

 
Xəbər verim Qarabağdan,
Cənnət olan bir diyardan,
Qürurludur bayrağımdan,
Bayrağım Qarabağdadır.
 
Yağı düşmən gözləmirdi,
O bizi gücsüz bilirdi,
Zərbə aldı, gücü bildi,
Bayrağım Qarabağdadı.
 
Yağı sözlər anlamayan,
Fiziki gücdən anlayan,
Cəzanı aldı ordumdan,
Bayrağım Qarabağdadı.
 
Yer tapmır ayaq qoymağa,
Yox ona yer Qarabağda,
Indi ordum qədim yurdda,
Bayrağım Qarabağdadı.
 
Dümənin dostları çaşğın,
Namərd düşmən darmadağın,
Xoş günləri Qarabağın,
Bayrağım Qarabağdadı.
 
Məğlub oldu sərkərdəsi,
Şərəfsiz, vəhşi xislətli,
Ordum onu məğlub etdi,
Bayrağım Qarabağdadı.
 
Məğrur dayan ana Vətən,
Ilk addımdan zəfərlisən,
Məğlubdur şərəfsiz düşmən,
Bayrağım Qarabağdadı.
 
Dünya da işini bildi,
O tanıdı ermənini,
Kəsdi namərdə köməyi,
Bayrağım Qarabağdadı.
 
Anla məni qoca dünya,
Diqqətli ol dostluğunda,
Indi bunu sən unutma,
Bayrağım Qarabağdadı.

2016-04-11   36427