NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - Şəhid anası

 
Hər zaman ucalıq sənin qismətin,
Həyan, ismətinlə bunu haqq etdin,
Önündə səcdədə sənin vətənin,
Sənlə qürur duyduq şəhid anası!
 
Sən övlad böyütdün bu vətən üçün,
Adi yox, qəhrəman oğul böyütdün,
Xoşbəxtsən oğlunu qəhrəman gördün,
Sənlə qürur duyduq şəhid anası!
 
Öncədən övladın tək sənin idi,
Böyüdü, özünü sənə sevdirdi,
İndi xalqın oğlu, vətən şəhidi,
Sənlə qürur duyduq şəhid anası!
 
Ağırdır böyüdüb oğul itirmək,
Anaya çətindir itkiyə dözmək,
Oğlun şəhid oldu, haqqın fəxr etmək,
Sənlə qürur duyduq şəhid anası!
 
Oğlun vətənimin qəhrəman oğlu,
Xalqını zəfərlə etdi qürurlu,
Gözəl Qarabağa o açdı yolu,
Sənlə qürur duyduq şəhid anası!
 
Oğlun yaddaşlarda əbədi qaldı,
Qızıl səhifədə oğlunun adı,
Oğlun şəhid oldu səni ucaltdı,
Sənlə qürur duyduq şəhid anası!
 
Nahaqdan demirlər anadır Vətən,
Ana müqəddəsdir, müqəddəs Vətən,
Oğlun şəhid oldu var olsun Vətən,
Sənlə qürur duyduq şəhid anası!
 
Sən şəhid anası müqəddəs insan,
Fəxr et qəhrəmanla, ona anasan,
Oğlun cənnətdədir, sən də qürurlan,
Sənlə qürur duyduq şəhid anası!

2016-04-12   35874