NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - Azərbaycan sənin ilə fəxr edir

 
İgid əsgər qürurlana bilərsən,
Qalib çıxdın düşmən ilə döyüşdən,
Düşmən məğlub, bu döyüşdə qalib sən,
Azərbaycan sənin ilə fəxr edir.
 
Yağı düşmən səni gücsüz sanırdı,
Ədasından yerə-göyə sığmırdı,
Cəza verdin, kimliyini anladı,
Azərbaycan sənin ilə fəxr edir.
 
Nərə çəkdin, getdin düşmən üstünə,
Düşmən qorxdu, dəli oldu səngərdə,
Şərəfsizə dərsi verdin səngərdə,
Azərbaycan sənin ilə fəxr edir.
 
Bilirdik ki, böyük vətən sevgisi,
Sənin üçün ən müqəddəs vətəndi,
Qalib etdi səni vətən sevgisi,
Azərbaycan sənin ilə fəxr edir.
 
Bayrağımı yüksəklərə ucaltdın,
O bayrağı Qarabağa qaytardın,
Kimliyini sən dünyaya tanıtdın,
Azərbaycan sənin ilə fəxr edir.
 
Sən aslanlar ordusunda vuruşan,
Bu orduda hər bir əsgər qəhrəman,
Zəfərlərdə yeni tarix yazmısan,
Azərbaycan sənin ilə fəxr edir.
 
Ordumuzdur bu gün xalqı bir edən,
Dövlətini, vətənini sevdirən,
Hər bir əsgər sevilməyə haqq edən,
Azərbaycan sənin ilə fəxr edir.

2016-04-12   36352