NKPI

Maraqlı Məlumatlar

MƏLUMATLAR - №1

QEYRİ-ÜZVİ BİRLƏŞMƏLƏRİN ƏSAS SİNİFLƏRİNİN NOMENKLATURASI ÜZRƏ 

 

1.  Oksidlər - elementinin biri oksigen olan iki elementin atomlarından ibarətdir.

2. Turşular – mütəhərrik hidrogen atomuna və onunla əlaqədar olan turşu qrupuna malikdir. Turşularda hidrogen birvalentlidir.

3. Hidroksidlər - OH hidroksil qrupu ilə birləşmiş element atomuna malikdir. OH qrupu bir valentlidir. Metalların hidroksidləri əsaslar adlanırlar. Suda həll olan əsaslar qələvilər adlanır. Elementin metallıq xassəsi nə qədər yüksəkdirsə, onun hidroksidin əsaslıq xassəsi də bir o qədər yüksəkdir. Elementin qeyri-metallıq xassəsi nə qədər yüksəkdirsə, onun hidroksidinin turşuluq xassəsi də bir o qədər yüksəkdir.

4.  Duzlar - metal atomları və ya NH4 qrupu ilə əlaqələnmiş turşu qalığına malik maddələrdir.

2015-09-29   40771