NKPI

Maraqlı Məlumatlar

MEHDİYEV RAMİZ ƏNVƏR OĞLU

Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində ana­dan olmuşdur.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti} tarix fakültəsini bitirmişdir.

Ramiz Mehdiyev 1972-ci ildə fəlsəfə doktoru, 1993-cü ildə elmlər doktoru dis­sertasiyalarını müdafiə etmişdir. 2007-ci ildən AMEA-nm həqiqi üzvüdür, 2019-cü ildə isə AMEA-nın prezidenti vəzifəsinə seçilmişdir.

Əmək fəaliyyətinə 1965-ci ildən başlayan R-Mehdiyev 1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifələrində çalışmışdır. 1974-cü ildə Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi, 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olun­muşdur.

R.Mehdiyev 1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibi seçilmişdir.

R.Mehdiyev 1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssi­sələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat- partiya işi şöbəsinin müdiri təyin edilmişdir. 1988-ci ilin iyununda Azərbaycan Elm­lər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunmuşdur.

R.Mehdiyev 1994-cü ilin fevralında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə, 1995-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsinə tə­yin edilmişdir.

R.Mehdiyev milli və sosial-siyasi münasibətlər, müasir Azərbycanda dövlət qu­ruculuğu, cəmiyyətin inkişafı, demokratikləşmə, milli məfkurə, millətlərarası mü­nasibətlər, modernləşmə və s. mövzularla bağlı 200-dən çox kitab və elmi məqa­lələrin müəllifidir.

R.Mehdiyev 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir.

R.Mehdiyev 1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bay­rağı" ordeni, 2008-ci ildə "İstiqlal" ordeni, 2011-ci ildə Polşa Milli Təhlükəsizlik bürosunun xatirə medalı, 2013-cü ildə «Şərəf» ordeni, 2018-ci ildə «Şöhrət» ordeni, 2019-cu ildə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir.

Akademik R.Mehdiyev "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri", "Azər­baycan: tarixi irs və müstəqillik fəlsəfəsi", "Vətəndaş cəmiyyətinə yol açan ideyalar", "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə" (2 cilddə}, "Demokratiya yolunda: irs haqqında düşünərkən", "XX əsrin sonunda millətlərarası münasibətlər", "Azər­baycanın inkişaf dialektikası", "Fəlsəfə", "Azərbaycan: qloballaşma dövrünün tələb­ləri" (Azərbaycan və rus dillərində}, "Azerbaycan: küreselleşmenin talepleri" (türk dilində}, "2005-ci il parlament seçkiləri: ilkin təhlil" (Azərbaycan və rus dillərində}, "Modernləşmə xətti yenə də gündəlikdədir" (Azərbaycan, rus və ingilis dillərində}, "Azərbaycan - 2003-2008: zaman haqqında düşünərkən" (Azərbaycan, rus və ingilis dillərində}, "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix", "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti", "Nadir şah Əfşar: Diplomatik yazışmalar" və bir çox başqa kitabların müəllifidir.

2016-04-19   35804