NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ – Qədim dünya (II məlumat)

 

Bizim eradan əvvəl 3000-700-cü illər

Ticarət və texnoloji proqres mərkəzləşmiş və sonralar imperiyaya çevrilmiş dövlət yaratmağa imkan vermişdir. Amma bəzi hallarda elə həmin faktorlar gənc dövlətlər arasında xüsusən də Yaxın Şərqdə münaqişələrin yaranmasına səbəb olur.

Bizim eradan əvvəl təxminən 3000-ci il

Mesopotamiya şəhər-dövlətlərdə, məsələn, Uruk və Urda ilk hökmdarlar sülaləsi yaranır.

Bizim eradan əvvəl təxminən 3000-2750-ci illər

Cənubi Amerikada ilk şəhərlər yaranır. Belə şəhərlər müasir Peruda olan Karal piramidalar kimi məbəd kompleksləri əsasında aşkar olunur.

Bizim eradan əvvəl təxminən 2900-cü il

Yunanıstanın Sikladik adasında erkən heykəl mədəniyyəti

Bizim eradan əvvəl təxminən 2800-cü il

Bizim eradan əvvəl təxminən 3300-cü ildə yaranmağa başlamış (İnda vadisində) xarap sivilizasiyasının inkişafının erkən dövrünün başa çatması.

Bizim eradan əvvəl təxminən 2750-ci il

İlk çin bürünc artefaktları. Avropada, Krit və Kiklad adalarında bürünc dövrünün başlanğıcı.

Bizim eradan əvvəl təxminən 2700-cü il

Əsatirə görə Mesopotamiyada Uruk şəhər-dövlətə yarı insan – yarı allah Qilqameş rəhbərlik edir. Çində ipək almağı öyrənirlər.

Bizim eradan əvvəl təxminən 2649-cu il

Misirin üçüncü sülaləsi Qədim hökmdarlığın sülalələrinin hesabını açır.

 Bizim eradan əvvəl təxminən 2610-cu il

Bizim Sakkaredə tikilən Cosera pilləli piramida. Piramidaların böyük erasının başlanğıcı.

Bizim eradan əvvəl təxminən 2600-cü il

İnda vadisində  kotan istifadəsinin təsdiqi.

Bizim eradan əvvəl təxminən 2600-cü il

Urda, Mesopotamiyada müxtəlif əşyalarla zəngin olan məqbərələr geniş ticarət əlaqələrinin olduğunu göstərir.

Bizim eradan əvvəl təxminən 2575-ci ildə

Misirdə 4-cü sülalə piramidalar tikilməsi dövrü başlayır.

Bizim eradan əvvəl təxminən 2550-ci il

İngiltərədə Stounxencdə daşların xarici dairəsi qoyulub.

Bizim eradan əvvəl təxminən 2528-ci ildə

Misirdə Memfis yaxınlığında Qirdə böyük piramida və ya Xeops piramidası tikilib.

Bizim eradan əvvəl təxminən 2500-cü il

İnda vadisinin sivilizasiyası özünün çiçəklənmə dövrünə çatır. Misin emalı mənimsənilir ki, bu da sonradan bütün Avropadan Britaniya adalarına qədər yayılır.

Bizim eradan əvvəl təxminən 2500-2350-ci illər

Mesopotomiya şəhər – dövlətlər arasında hərbi münaqişə baş verir. Laqaşdan asılı olan Umma ona müharibə elan edir.

Bizim eradan əvvəl təxminən  2334-cü il

Akkadda və Şumer hökmdarı Sarqon elan olunur və o Mesopotamiyanın bu şəhər – dövlətlərini ilk imperiyaya çevirir.

Bizim eradan əvvəl təxminən 2300-cü il

Suriyada şəhər – dövlət Ebla dağıdılıb, amma saray yazıları saxlanılıb.

Bizim eradan əvvəl təxminən 2300-cü il

Avropanın bütün ərazisində bürünc dövrü başlayır.

Bizim eradan əvvəl təxminən 2200-ci il

Cənubi Amerikada ilk saxsı qab.

Bizim eradan əvvəl 2134-cü ildə

Misirin 6-cı hökmdarlar sülaləsi Qədim hökmdarlıq epoxasını başa çatdırır.

Bizim eradan əvvəl təxminən 2100-cü ildə

Urun hökmdarlarının üçüncü sülaləsi Cənubi Mesopotamiyada şumer sivilizasiyasını bərpa edir. Hökmdar Ur-Namma ilk zikkurat (pilləli qüllə) tikdirir.

Bizim eradan əvvəl təxminən 2083-cü ildə

Hökmdar Sarqon tərəfindən yaradılmış Mesopotamiyada akkad imperiyasının tənəzzülü. Kiçik hökmdarların? xüsusən də Qudafin – şumer şəhəri Laqaşın hökmdarının çiçəklənməsi.

Bizim eradan əvvəl 2040-cl il

Hökmdar II Fiv Mentuxotep Yuxarı və Aşağı Misiri birləşdirdi və Orta hökmdarlığı yaratdı.

Bizim eradan əvvəl təxminən 2000-ci il

Şimali Mesopotamiyada ticarət şəhəri Aşşurun salınması. Bexustun yazıları göstərir ki, Orta hökmdarlıqda vəzirlər idarə edir.

Bizim eradan əvvəl təxminən 2000-1800-cü illər

İndoneziyadan Sakit okeandakı Melenezi adalarına lapita mədəniyyəti gəlir. Krit adasında minoy mədəniyyəti çiçəklənir. Kiossa sarayı tikilir, A xətii yazısı nümunəsi tapılır.

Bizim eradan əvvəl 1943-cü il.

Misirin XII sülaləsinin ikinci hökmdarı Senusert Nubiyanı ələ keçirir və Misirin cənub sərhədlərini Nilin ikinci hüdudlarına qədər genişləndirir.

Bizim eradan əvvəl təxminən 1900-cü il

Mesopotamiyada Qədim Vavilon hökmdarlığı yaradılır.

Bizim eradan əvvəl təxminən 1900-cü il.

Xuanxedə çin şəhəri Erlitou yaranır.

Bizim eradan əvvəl təxminən 1900-1700-cü illər

İnda vadisinin sivilizasiyası tənəzzülə uğrayır.

Ardı var...

Mənbə: Филипп Паркер. Всемирная история. Астрель, Москва. 2011. 512 с.

2016-05-04   5176