NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ – Qədim dünya (III məlumat)

Bizim eradan əvvəl 3000-700-cü illər

Bizim eradan əvvəl təxminən 1890-cı il

Şimali Mesopotamiyanı öz hakimiyyəti altında birləşdirən Şəmşi - Adada Assuriya imperiyasının sələfini yaratdı.

Bizim eradan əvvəl təxminən 1800-cü il

Çin ərazisində Şan dövləti yarandı. Günəş Allahı Skandinaviyanı simvolizə edən bürünc artefaktlar tapılmışdır. Şimali Amerikada uzaq ticarət əlaqələri yaranır.

Bizim eradan əvvəl təxminən 1763-cü il

Vavilon hökmdarı Xammurapi qonşu Elam üzərində qələbə çalır və şəhər-qala Larsı ələ keçirir.

Bizim eradan əvvəl təxminən 1761-ci il

Vavilon bütün Mesopotamiyaya nəzarət edir.

Bizim eradan əvvəl təxminən 1755-ci il

Vavilon hökmdarı Xammurapinin qanunlar kodeksi yaranır. Onun mətni Mesopotamiyanın müxtəlif yerlərində monumental daş plitələrdə və daşlar üzərində tapılmışdır.

Bizim eradan əvvəl təxminən 1750-ci il

Peruda Seçin - Altoda möhtəşəm mərasim arxitekturası tapılmışdır.

Bizim eradan əvvəl təxminən 1730-cu il

Misirdə Orta çarlığın dağılması. İkinci keçid dövrünün başlanğıcı.

Bizim eradan əvvəl təxminən 1700-cü il

Demək olar ki, İnda vadisinin bütün şəhərləri qısa müddətə boş qalmışdır.

Bizim eradan əvvəl təxminən 1680-ci il

Qədim Misirdə ilk balatalı çörək bişirilib.

Bizim eradan əvvəl təxminən 1650-ci il

Paytaxtı Xattusi şəhəri olan Qədim Xett hökmdarlığında Anatoli şəhər-dövlətləri birləşir. Hindistanda qədim arilər yaranır.

Bizim eradan əvvəl təxminən 1650-1550-ci illər

İkinci keçid dövründə Aşağı Misiri qiksoslar idarə edirdi, Yuxarı Misir isə Fiv hökmdarlarının rəhbərliyi altında idi.

Bizim eradan əvvəl təxminən 1627-ci il

Bir neçə il davam edən qlobal soyuqlar başlayır, ağacların diskləri bunu təsdiq edir. Ola bilsin ki, bu İtaliyada Vezuvi vulkanının və ya Tira (indi Santorini) adasındakı vulkanın püskürməsi ilə əlaqədar olmuşdur.

Bizim eradan əvvəl təxminən 1627-ci il

Miken, Yunanıstan Egey bölgəsində sivilizasiya mərkəzi olur, xətti B yazısı işlənib hazırlanır.

Bizim eradan əvvəl təxminən 1595-ci il

Xett hökmdarı I Mursili Vavilonu ələ keçirir və dağıdır, Xammurapi hakimiyyətinə son qoyur.

Bizim eradan əvvəl XVI.

Kassitlər, məhv olmuş Vavilon hökmdarlığının hərbi elitası Cənubi Mesopotamiya üzərində nəzarəti ələ alır.

Bizim eradan əvvəl təxminən 1570-1070-ci illər

Hökmdarlar Vadisində qayalarda çapılmış məqbərələrdə Misir hökmdarlarını dəfn etməyə başlayıblar.

Bizim eradan əvvəl təxminən 1550-ci il

Ari tayfaları Hindistanın şimalında məskunlaşır. Hökmdarlar Vadisi yaxınlığında paytaxtı Fivax olan Yeni hökmdarlıq Misirdə yaradılıb.

Bizim eradan əvvəl təxminən 1500-cü il

Qədim Xett hökmdarlığının çökməsi. Şimali Mesopotamiyada Mittani dövləti yarandı. Tira adasında (indi Santorini adası) vulkan püskürməsi Minoj şəhəri Akrotiri şəhərini dəfn etdi.

Bizim eradan əvvəl təxminən 1500-900-cü illər

Vedama görə ari tayfaları Şimali Hindistanda məskunlaşır. Riqvedin himni yaranır.

Bizim eradan əvvəl təxminən XV əsrin əvvəli

Tayland və Vyetnamda bürünc emalı mənimsənildi. Saxarada mis emal olunur, Peruda metalların emalına başlanır, Mərkəzi Amerikada ilk saxsı əşyalar yaranır.

Bizim eradan əvvəl təxminən 1450-ci il

Krit adası miken hökmdarlığının nəzarətində.

Bizim eradan əvvəl XV əsrin ortası

Lapita mədəniyyəti xalqı Melaneziya, Sakit okeanın yaxınlığındakı adaların müstəmləkəsinə başlayır. Miken Yunanıstanın çiçəklənmə dövrü. Onun ticarət əlaqələri Şərqi Aralıq dənizindən Siciliyaya qədər uzanırdı.

Bizim eradan əvvəl XV əsrin sonu

Misirin Yeni hökmdarlığı ilə Yeni Xett və Mittani hökmdarlığı arasında Şərqi Aralıq dənizi üzərində nəzarət üçün müharibə başlayır.

Bizim eradan əvvəl təxminən 1400-cü il

Şan sülaləsi Çin imperiyasının paytaxtı Anyan olur, orakul sümükləri üzərində yazılar yarandı. Köçəri tayfalar heyvandarlığı mənimsəyir.

Bizim eradan əvvəl təxminən 1391-ci il

III Amenxotep zamanı Misirin Yeni hökmdarlığı çiçəklənmə dövrü idi.

Ardı var...

Mənbə: Филипп Паркер. Всемирная история. Астрель, Москва. 2011. 512 с.

2016-05-05   5183