Maraqlı Məlumatlar
AQRESSİYA VƏZİYYƏTİNİN DİAQNOSTİKASI
(Bass-Darki sorğusu)
“Aqressiya” sözü bu gün olduqca çox tez-tez geniş konteksdə istifadə olunur və odur ki, bir sıra qatlardan və ayrı-ayrı mənalardan ciddi “təmizlənməyə” ehtiyacı var.
Müxtəlif müəlliflər öz tədqiqatlarında aqressiyanı və aqressivliyi müxtəlif cür müəyyən edirlər: insanın “tutduğu ərazini müdafiə” üçün yaranan reaksiya (Lorend Ardri); hakimiyyətə cəhd kimi (Morrison); şəxsiyyətin insana düşmən olan ətrafa reaksiyası (Xorsi, Fromm). Aqressiyanı və frustrasiyanı əlaqələndirən nəzəriyyə olduqca geniş yayılmışdır (Maller, Deeb, Dollard).
Aqressivlik dedikdə, şəxsiyyətin əsasən subyekt-subyekt münasibətləri sahəsində destruktiv meylin olmasını xarakterizə edən xüsusiyyəti başa düşülməlidir. Ehtimal ki, insan aktivliyinin destruktiv komponenti yaradıcı fəaliyyətdə vacibdir, belə ki, fərdi inkişaf təlabatı qaçılmaz olaraq insanlarda maneələri dağıtmaq və keçmək, bu prosesə mane olanları keçmək qabiliyyəti yaradır.
Aqressivlik kəmiyyət və keyfiyyət xarakteristikasına malikdir. Hər bir xüsusiyyət kimi o müxtəlif ifadə dərəcələrinə malikdir: demək olar ki, tam yoxluqdan onun mümkün olan inkişafına qədər. Hər bir şəxsiyyət müəyyən dərəcədə aqressivliyə malik olmalıdır. Onun olmaması passivliyə, idarə olunmağa, konformluğa gətirib çıxarır. Onun həddindən artıq inkişafı şəxsiyyətin bütün simasını müəyyən edir. Öz-özlüyündə aqressivlik subyekti şüurlu təhlükəli etmir, belə ki, aqressivlik və aqressiya arasındakı mövcud əlaqə sərt deyil, digər tərəfdən aqressiya aktının özü şüurlu təhlükəli və bəyənilməyən formaları almaya bilər. Gündəlik şüurda aqressivlik “qəsdən aktivlik” sinonimi kimi qəbul olunur. Lakin öz-özlüyündə destruktiv davranış “pis niyyətliliyə” malik deyil, onu fəaliyyət motivi, aktivliyin inkişafı müəyyən dəyərlərin naminə olduqda onu belə edir. Xarici görünüşcə praktiki fəaliyyətlər oxşar ola bilər, amma onların motivasiya komponentləri tamamilə bir-birinə əksdir.
Bundan çıxış edərək aqressiv halları iki əsas tipə bölmək olar; motivasiyalı aqressiya, dəyərin özü kimi, ikinci – instrumental, vasitə kimi. Praktik psixoloqları motivasiyalı aqressiya şəxsiyyətə xas olan destruktiv meyllərin səviyyəsini müəyyən edib böyük mümkün ehtimal ilə açıq motivasiyalı aqressiya mümkünlüyünü proqnozlaşdırmaq olar. Belə diaqnostika prosedurlarından biri Bass-Darki sorğusudur.
A.Bass öz sələflərinin müəyyən müddəalarını qəbul edərək aqressiya və düşmənçilik anlayışlarını ayırır və sonuncunu belə təyin edir: “-insanların və hadisələrin neqativ hiss olunması və neqativ qiymətləndirməsini inkişaf etdirən reaksiya”.
Öz sorğusunu yaradaraq A.Bass və A.Darki aşağıdakı növ reaksiyaları fərqləndirmişlər:
- Fiziki aqressiya - digər şəxs üçün fiziki güc tətbiqi;
- Dolayı – aqressiya dolayı yolla başqa insana istiqamətlənib və ya heç kimə istiqamətlənməyib.
- Qıcıqlanma – xırda həyəcanlanma zamanı neqativ hisslərin yaranmasına hazır olmaq (özündən çıxma, kobudluq).
- Neqativlik – passiv müqavimətdən müəyyən olunmuş adətlər və qanunlara qarşı aktiv mübarizəyə qədər davranışda müxtəlif mövqe.
- İnciklik – həqiqi və uydurulmuş fəaliyyətə görə ətrafdakılara həsəd və nifrət.
- Şübhəlilik – insanlara qarşı inamsızlıqdan və ehtiyatlılıqdan digər adamların ziyan gətirmə planı qurmaq və ziyan vermək istəyi haqqındakı inama qədər diapazon.
- Verbal aqressivlik – neqativ hisslərin forma (qışqırma, cığ-vığ) və ya sözlərlə (lənətləmə, hədələr) ifadəsi.
- Günahlılıq hissi – subyektin belə mümkün inamının ifadəsidir ki, o, pis insandır, pis hərəkət edir, həmçinin onun vicdan əzabı çəkməsidir.
Sorğu 75 təsdiqdən ibarətdir ki, sınaqdan keçən insan “hə” və ya “yox” cavabı verməlidir.
- Bəzən mən başqalarına zərər vermək istəyimlə bacara bilmirəm. Hə Yox
- Bəzən sevmədiyim insanların qiybətini qırıram. Hə Yox
- Mən tez qıcıqlanıram, amma tez sakitləşirəm. Hə Yox
- Əgər məndən yaxşı xahiş etməsələr mən yerinə yetirmirəm. Hə Yox
- Mən mənə icazə veriləni heç də həmişə almıram. Hə Yox
- Mən bilmirəm ki, insanlar mənim arxamca nə danışırlar. Hə Yox
- Mən dostlarımın davranışına haqq qazandırmaqda onlara bunu hiss etdirirəm. Hə Yox
- Mən kimisə aldatdıqda üzücü vicdan əzabı çəkmişəm. Hə Yox
- Mənə elə gəlir ki, mən insanı vura bilmərəm. Hə Yox
- Mən heç vaxt elə qıcıqlanmıram ki, əşyaları atım. Hə Yox
- Mən həmişə başqalarının çatışmazlıqlarına mərhəmətli yanaşıram. Hə Yox
- Əgər qoyulmuş qaydalar xoşuma gəlmirsə, onları pozmaq istəyirəm. Hə Yox
- Digərləri demək olar ki, həmişə əlverişli şəraitdən istifadə etməyi bacarırlar. Hə Yox
- Mənə gözlədiyimdən daha çox dostcasına yanaşan insanlarla ehtiyatlı oluram. Hə Yox
- Mən çox vaxt insanlarla razılaşmıram. Hə Yox
- Bəzən ağlıma elə fikirlər gəlir ki, onlara görə utanıram. Hə Yox
- Əgər kimsə məni birinci vursa mən ona cavab vermərəm. Hə Yox
- Mən qıcıqlandıqda qapıları çırpıram. Hə Yox
- Mən hesab ediləndən daha çox qıcıqlandırıcıyam. Hə Yox
- Əgər kimsə özünü rəis kimi hesab edirsə mən həmişə onun əksinə gedirəm. Hə Yox
- Mənim taleyim məni bir qədər kədərləndirir. Hə Yox
- Düşünürəm ki, çox adam məni sevmir. Hə Yox
- Əgər insanlar mənimlə razı olmasalar mən mübahisədən özümü saxlaya bilmirəm. Hə Yox
- İşdən boyun qaçıran insanlar günahlarını hiss etməlidirlər. Hə Yox
- Kim məni və ailəmi təhqir edirsə, dalaşmaq şəraiti yaradır. Hə Yox
- Mən kobud zarafat edə bilmirəm. Hə Yox
- Mənə güləndə məndə qəzəb yaranır. Hə Yox
- İnsanlar özlərini rəis hesab etdikdə mən hər şeyi edirəm ki, onlar lovğalanmasınlar. Hə Yox
- Demək olar ki, hər həftə mənə xoş gəlməyən kimisə görürəm. Hə Yox
- Kifayət qədər çox insan mənə həsəd aparır. Hə Yox
- Mən tələb edirəm ki, insanlar mənə hörmət etsinlər. Hə Yox
- Məni o incidir ki, valideynlərim üçün az edirəm. Hə Yox
- Sizi daima incidən adamlar layiqdirlər ki, onların “burunlarına çırtma vurulsun”. Hə Yox
- Mən qəzəbdən qəmgin olmuram.
- Əgər mənə layiq olduğumdan pis yanaşırlarsa, məm əhvalımı pozmuram. Hə Yox
- Əgər kimsə məni özümdən çıxarırsa mən diqqət vermirəm. Hə Yox
- Mən bunu göstərməsəm də bəzən məni həsəd narahat edir. Hə Yox
- Bəzən mənə elə gəlir ki, mənə gülürlər. Hə Yox
- Hətta mən hirslənsəm də “kəskin” ifadələr işlətmirəm. Hə Yox
- Mən istəyirəm ki, səhvlərim bağışlansın. Hə Yox
- Əgər nadir hallarda cavabını verirəm. Hə Yox
- Nə zaman mən istəyən kimi alınmasa bəzən inciyirəm. Hə Yox
- Bəzən insanlar tək iştirakları ilə məni qıcıqlandırırlar. Hə Yox
- Elə adam yoxdur ki, həqiqətən də mən ona nifrət edim. Hə Yox
- Mənim prinsipim: “Heç vaxt “yad adama” inanmamaq. Hə Yox
- Kimsə məni qıcıqlandırsa, hazıram ki, onun haqqında düşündüklərimi deyəm. Hə Yox
- Mən çox şey edirəm ki, sonra onlara görə peşiman oluram. Hə Yox
- Əgər mən hirslənirəmsə, kimisə vura bilərəm. Hə Yox
- Uşaqlıqdan mən heç vaxt qəzəb qığılcımları göstərməmişəm. Hə Yox
- Mən çox vaxt özümü partlamağa hazır olan barıt çəlləyi kimi hiss edirəm. Hə Yox
- Əgər hamı bilsəydi ki, mən nə hiss edirəm, hesab edərdilər ki, mən birlikdə işləmək üçün çətin olan adamam. Hə Yox
- Mən həmişə düşünürəm ki, hansı gizli səbəblər insanları məcbur edir ki, mənim üçün nəsə yaxşı bir şey etsinlər. Hə Yox
- Mənim üstümə qışqıranda mən də cavab olaraq qışqırıram. Hə Yox
- Uğursuzluq məni kədərləndirir. Mən başqalarından nə az, nə də çox dalaşıram. Hə Yox
- Mən başqalarından nə az, nə də çox dalaşıram. Hə Yox
- Mən xatırlaya bilərəm ki, o qədər qəzəbli olmuşam ki, əlimə keçən şeyi götürüb sındırmışam. Hə Yox
- Bəzən hiss edirəm ki, dalaşmağa birinci mən hazıram.
- Bəzən düşünürəm ki, həyat mənimlə ədalətsizdir. Hə Yox
- Əvvəllər elə düşünürdüm ki, əksər adamlar düz danışır, artıq indi belə düşünmürəm. Hə Yox
- Mən yalnız qəzəbdən söyürəm. Hə Yox
- Mən düzgün hərəkət etmədikdə vicdan əzabı çəkirəm. Hə Yox
- Əgər öz hüquqlarımı müdafiə etmək üçün fiziki güc tətbiq etməyim lazım gəldikdə mən onu tətbiq edirəm. Hə Yox
- Bəzən öz qəzəbimi yumruğum masaya vurmaqla ifadə edirəm. Hə Yox
- Mənə xoş gəlməyən adamlara qarşı kobud oluram. Hə Yox
- Mənə ziyan vura bilən düşmənim yoxdur. Hə Yox
- Əgər insan ona layiq olsa da onu yerində otuzdura bilmirəm. Hə Yox
- Çox vaxt düşünürəm ki, düzgün yaşamamışam. Hə Yox
- Elə adamlar tanıyıram ki, məni dalaşmaq həddinə çatdıra bilər. Hə Yox
- Mən xırda şeylərə görə kədərlənmirəm. Hə Yox
- Nadir hallarda ağlıma gəlir ki, insanlar məni hirsləndirməyə və ya təhqir etməyə çalışır. Hə Yox
- Mən çox vaxt insanları yalnız hədələyirəm, baxmayaraq ki, hədələrimi həyata keçirməyə çalışmıram. Hə Yox
- Son vaxtlar mən zəhlətökən olmuşam. Hə Yox
- Mübahisədə tez-tez səsimi qaldırıram. Hə Yox
- Mən adətən insanlara pis münasibətimi gizlədirəm. Hə Yox
- Mən mübahisə əvəzinə nə iləsə razılaşmağı məqsədə uyğun sayıram. Hə Yox
Sorğu tərtib edərkən aşağıdakı prinsiplər istifadə olunub:
- Sual yalnız aqressiyanın bir formasına aid ola bilər.
- Suallar elə tərtib olunur ki, sualın cavabına ictimai təqdirin təsiri daha çox azalsın.
Cavablar 8 şkala üzrə aşağıdakı kimi qiymətləndirilir:
1.Fiziki aqessiya:
“hə” = 1, “yox” = 0:1, 25, 31, 41, 48, 55, 62, 68, “yox” = 1, “hə” = 0: 9, 7
2.Dolayı aqressiya:
“hə” = 1, “yox” = 0:2, 10, 18, 34, 42, 56, 63, “yox” = 1, “hə” = 0: 26, 49
3.Qıcıqlanma:
“hə” = 1, “yox” = 0:3, 19, 27, 43, 50, 57, 64, 72, “yox” = 1, “hə” = 0: 11, 35, 69
4.Neqativizm:
“hə” = 1, “yox” = 0:4, 12, 20, 28, “yox” = 1, “hə” = 0: 36
5.İnciklik:
“hə” = 1, “yox” = 0:5, 13, 21, 29, 37, 44, 51, 58.
6.Şübhəlilik:
“hə” = 1, “yox” = 0:6, 14, 22, 30, 38, 45, 52, 59, “yox” = 1, “hə” = 0: 33, 66, 74, 75
7.Verbal aqressiya:
“hə” = 1, “yox” = 0:7, 15, 23, 31, 46, 53, 60, 71, 73, “yox” = 1, “hə” = 0: 33, 66, 74, 75
8.Günahkarlıq hissi:
“hə” = 1, “yox” = 0:8, 16, 24, 32, 40, 47, 54, 61, 67
Ədavət indeksi özündə 5 və 6-cı şkalanı, aqressivlik indeksi (həm birbaşa, həm də motivasiyalı) özündə 1, 3, 7-ci şkalaları birləşdirir.
Aqressivlik norması onun indeksinin 21 plyus-minus 4 olan qiyməti, ədavətlilik indeksinin 6,5-7 plyus-minus 3 qiyməti olur.
Mənbə: Психологические тесты/под ред. А.А. Карелина. – М.: Изд.-во. ВЛАДС – ПРЕСС, 2007, Т-2.-248 с.
2016-05-11 37748
Ətraflı
Son Xəbərlər
Neft-Kimya Prosesləri İnstitutu 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu 2024-cü il üçün elmlər və
2024-04-15
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır.
2024-04-09
Neft-Kimya Prosesləri İnstitutunun gənc alimləri Beynəlxalq konfransda uğur qazanıblar
3-4 aprel 2024-cü il tarixində Rusiya Federasiyası Xanti-Mansisk şəhərində 15 ölkənin iştirakı ilə keçirilən VII Beynəlxalq «Neftyanaya
2024-04-05