NKPI

Maraqlı Məlumatlar

ARI BALI – Bal ilə hazırlanmış içkilər

Bal ilə hazırlanmış içkilər:

I.   Qara meyvəli quş armudunun şirəsi   - 200 q

Qara qarağatın şirəsi                           - 100 q

Limon turşusu                                       - 2 q

Bal                                                           - 90 q

Mineral su                                              - 100 q

Qeyd olunanlar qarışdırılır, soyudulur və bir neçə qida buzu əlavə etməklə masaya verilir.

II.  Təbii bal                                                  - 75 q

Moruq şirəsi                                           - 100 q

Limon turşusu                                       - 1,5 q

Qazlı və ya mineral su                         - 130 q

Hamısı qarışdırılır, soyudulur. Hər paya 20 q qida buzu əlavə edilməklə masaya verilir.

III. Yumurta – bal içkisi.

Lazım olan məhsullar: 2 yumurta sarısı; 2 çay qaşığı bal; 200 q su və 1 apelsinin şirəsi.

Yumurta sarısı bal ilə qarışdırılır və üzərinə qaynar (mütləq qaynamış) su tökülür. Qaynar suyu çox yavaş vermək lazımdır ki, yumurta sarısı bişməsin. Qarışıq soyudulur və apelsin şirəsi əlavə olunur.

IV. Bal – gilənar şirəsi.

Lazım olan məhsullar:

10 litr içki üçün: 1,5 litr gilənar şirəsi; 1 kq təbii bal; 5 q ədviyyat (darçın); 100 q maya; 2,5 litr su.

Bal suya əlavə olunur və əmələ gələn köpük yığılmaqla 10-15 dəqiqə qaynadılır. Sonra alov üzərindən götürülür, bir az soyudulur, sonra iri şüşə qaba tökülür, üzərinə gilənar şirəsi, darçın və maya əlavə edilərək 2 gün isti yerdə saxlanılır ki, qıcqırsın. Bundan sonra içərisində tutum olan qabın ağzı bağlanır və soyuq yerdə 2-3 həftə saxlanır. Bundan sonra şirə içilməyə hazırdır. Şirəni sərin yerdə saxlamaq lazımdır.

V. Bal, kök və limondan hazırlanan içki.

Lazım olan məhsullar: 2 yemək qaşığı bal; 1 kq kök; 1,5 stəkan su; limon şirəsi; duz; şüyüd yarpağı.

Kök yaxşı-yaxşı təmizlənir və xırda sürtcəkdə sürtülür və şirəsi sıxılır, soyudulmuş qaynamış su ilə qarışdırılır və istəyə uyğun olaraq duz, limon şirəsi və bal əlavə olunur. Hazır şirəyə istəyə uyğun olaraq xırda doğranmış şüyüd yarpaqları əlavə olunur.

Şirələrin bal ilə içilməsi.

Alma, armud, nar, ananas, üzüm, gilənar, mandarin və apelsin şirələri, yarım və ya tam stəkan olmaqla 1 yemək qaşığı bal əlavə etməklə gündə 3 dəfə içilir.

Bal içməzdən əvvəl əlavə olunur. Sarımsaq, soğan, kərəviz, cəfəri, kahı şirələri gündə 3 dəfə, hər dəfə 1 yemək qaşığı olmaqla bərabər miqdarda bal ilə qarışdırılıb içilir.

Itburnu, xiyar, boranı, yemiş, qarpız şirələri gündə 3 dəfə, hər dəfə 1 stəkan olmaqla qəbul edilir. 1 stəkana 1 qaşıq bal əlavə olunur.

Kartof, şalğam, lobya şirələri gündə 3 dəfə, hər dəfə stəkanın yarısı qədər və hər dəfə 1 yemək qaşığı bal əlavə etməklə qəbul olunur.

Moruq və çiyələk şirəsi gündə 3-4 dəfə, yeməkdən sonra, hər dəfə 2-3 yemək qaşığı, 1 yemək qaşığı bal qatmaqla çay ilə birlikdə içilir.

 

Mənbə: V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları.  “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.

2016-05-12   38557