NKPI

Interesting Informations

ÜMUMDÜNYA TARİXİ – Qədim dünya (VI məlumat)

Xronologiya

Bizim eradan əvvəl 3000-700-cü illər

Bizim eardan əvvəl təxminən 1050-ci il

Yaxın Şərqə miqrasiya edən aramey tayfalarının təzyiqi altında Assiriya torpaqlarının bir hissəsini itirir, amma bütövlüyünü saxlayır.

Bizim eradan əvvəl təxminən 1030-cu il

Ari tayfaları Hindistanda bütün Qanq çayı vadisi boyu məskunlaşır.

Bizim eradan əvvəl 1027-ci il

Çində Qərbi Çjou sülaləsinin hökmdarları Şan sülaləsinin hökmdarlarını sıxışdırır.

 Bizim eradan əvvəl 1006-cı il

Bibliyaya görə hökmdar David İsrail hökmdarlığını birləşdirir.

Bizim eradan əvvəl təxminn 1000-ci il

Qərbi Çjou dövründə Çinin coğrafiyasının birinci təsviri yaradılıb. Koreyaya bürünc emalı texnologiyası və düyünün “yaş” böyüdülməsi texnologiyası ixrac olunub. Mərkəzi Avropada metalların emalı mənimsənilir. Yunanlar Kiçik Asiyada, etrusklar İtaliyada məskunlaşır.

Bizim eradan əvvəl təxminən 1000-ci il

Assiriya itirilmiş torpaqlarını yenidən bərpa edir.

Bizim eradan əvvəl X əsr

Finikiya Aralıq dənizində başlıca dəniz dövləti olur. Qonşu xalqlar finikiya əlifbasını mənimsəyirlər. Hindistanda oturaq ari tayfaları əkinçiliyi mənimsəyir. Ohayo çayı vadisidə aden mədəniyyəti inkişaf edir.

Bizim eradan əvvəl təxminən 965-ci il

İsrail hökmdarı Solomon hökmdarlığı başlayır.

Bizim eradan əvvəl təxminən 950-ci il

Meqiddo İsraildə əhəmiyyətli qala olur.

Bizim eradan əvvəl 945-ci il

Parçalanmış Misirdə vətəndaş müharibəsi.

Bizim eradan əvvəl təxminən 926-cı il

Solomonun ölümü. İudey hökmdarlığı vahid İsrailin tərkibindən çıxır.

Bizim eradan əvvəl 926-cı il

Şərqi Anatolidə Urartu dövləti yaranır. Hindistanda Ved sonrakı kitablar tərtib olunur. Misirdən cənubda Kuş (Cənubi Nubiya) dövləti yaranır. Olmey şəhəri San-Lorenso dağıdılıb, paytaxt rolunu La-Venta öz üzərinə götürür.

Bizim eradan əvvəl təxminən 900-700-cü illər

Köçəri həyat tərzi yaşayan skiflər kurqanlar (qəbir təpələri) tikirlər.

Bizim eradan əvvəl 883-cü il

II Aşurnasirqal assiriya tacını varisliklə alır və paytaxtı Aşşurdan Nimurda köçürür.

Bizim eradan əvvəl təxminən 850-ci il

Romanın başlandığı Fələstin yamacı məskunlaşır. Peruda Çavin sivilizasiyası dominantdır.

Bizim eradan əvvəl 817-ci il

Ənənəyə görə Hindistanda caynizmin banisi Maxavirin doğum ili.

Bizim eradan əvvəl təxminən 814-cü il

Karfagenin Şimali Afrikada finikiya koloniyasının yaranması tarixi.

Bizim eradan əvvəl təxminən 800-cü il

Hindistanda Qanq vadisində şəhər mədəniyyətinin yüksəlməsi, Saxaradan cənubdakı vilayətlərdə dəmir emalının təsdiqi, “Kelt” dəmir əsrinin başlanması. Mərkəzi İtaliyada ilk şəhər-dövlət yaranır. Yunanlar finikiya əlifbasını qəbul edir. Mərkəzi Amerikada məktubun ixtirası.

Bizim eradan əvvəl 776-cı il

Olimpiya oyunları bütün Qədim Yunanıstandan atletləri yığır.

Bizim eradan əvvəl 771-ci il

Çində Qərbi Çjou sülaləsinin süqutu. Şərqi Çjou sülaləsi paytaxtı Loyana köçürür.

Bizim eradan əvvəl 753-cü il

Romul və Remon qardaşlarının Romanı yaratma ili.

Bizim eradan əvvəl təxminən 750-ci il

İsrailin birinci böyük peyqəmbəri Amos doğulub. İlk dəfə olaraq Homer və Qasiodun əsərləri yazılır. Misir Kuş dövləti tərəfindən tutulur.

Bizim eradan əvvəl təxminən 727-722-ci il

V Salmanasar İsraili Assiriyanın əyalətinə çevirir və tayfaları qovur.

Bizim eradan əvvəl 701-ci  il

Assiriya Yerusəlimi mühasirəyə alır.

Ardı var...

Mənbə: Филипп Паркер. Всемирная история. Астрель, Москва. 2011. 512 с.

2016-05-16   37601