NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ –Klassik dünya (I məlumat)

 

Bizim eradan əvvəl 700-cü il-bizim eranın 600-cü ili

Bizim eradan əvvəl təxminən 700-cü il.

Skiflər Mərkəzi Asiyadan Şərqi Avropaya yerləşirlər. Yunan şəhər dövlətlərinin yüksəlişi. Avropada qədim keltlərin qalştat mədəniyyəti. Şimali amerikanın cənub-şərqində kənd təsərrüfatı məskunlaşması.

Bizim eradan əvvəl 689-cu il.

Assuriya hökmdarı Sinaxerib Vavilonu fəth edir və dağıdır.

Bizim eradan əvvəl 663-cu il.

Assuriyalılar Misirin paytaxtı Fivi dağıdır. Assuriya öz inkişafının zirvəsindədir.

Bizim eradan əvvəl 660 -cı il.

Yaponiyanın əfsanəvi birinci imperatoru Drimmunun hakimiyyətinin başlanması.

Bizim eradan əvvəl təxminən 650-ci il.

Kiçik Asiyada Lidiyada ilk pul kəsilir. Yunanıstanın əksər şəhərlərində tiranlar hakimiyyətinin yaranması. Çində dəmir emalı mənimsənilir.

Bizim eradan əvvəl 616 -cı il.

Romanın ertur hökmdarı Trakvini Priskin hakimiyyətə başlaması.

Bizim eradan əvvəl 610 -cu il.

Midiyalılar və Vavilonlar Nineviyanı və Nimrudu dağıdırlar. Assuriya imperiyası süqut edir.

Bizim eradan əvvəl təxminən 600 -cü il.

Çin daosizminin banisi Yao Szin doğulması.

Bizim eradan əvvəl təxminən 600 -cü il.

Nigeriyada Nok kəndində dəmir emalının sübutu. Aralıq dənizinin Yunan müstəmləkəçiliyi, Massiliya müstəmləkəsi yaranır (müasir Fransanın cənubunda). Ilk yunan pulları. Peruda Paraks mədəniyyəti inkişaf edir.

Bizim eradan əvvəl VI əsrin başlanğıcı.

Yaxın Şərqin böyük hissəsi Midiya dövlətinin təsiri altına düşür. Mesopotamiya Yeni Vavilon hökmdarlığının hakimiyyəti altına düşür.

Mənbə: Всемирная история. М. АСТ: Астрель, 2011, 512с.

2016-05-19   37278