NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ –Klassik dünya (II məlumat)

Xronologiya

Bizim eradan əvvəl 700-cü il-bizim eranın 600-cü ili

Bizim eradan əvvəl 587-ci il.

II Navuxodonoser dövründə Xaladeysk və ya Yeni Vavilon hökmdarlığı Yerusəlim məbədini dağıdır və İsrail xalqını qovur.

Bizim eradan əvvəl təxminən 563-cü il.

Siddixarti Qautamın-Buddanın ehtimal olunan doğum tarixi.

Bizim eradan əvvəl təxminən 551-ci il.

İranda zərdüştlük (atəşpərəstlik) dominant din olur. Çində Konfusi doğulub.

Bizim eradan əvvəl təxminən 550-ci il.

Böyük Kir Midiya hökmdarlığını ələ keçirir və Əhmənidlərin İran imperiyasını yaradır. Çində çuqun alınma prosesi mənimsənilir.

Bizim eradan əvvəl 539-cu il.

İran imperiyası Vavilonu ələ keçirir.

Bizim eradan əvvəl 530-cu il.

Ertruskların İtaliyaya təsirinin zirvəsi.

Bizim eradan əvvəl 525-ci il.

İran hökmdarı II Kambis Misiri ələ keçirir.

Bizim eradan əvvəl 521-ci il.

I Daranın dövründə İran imperiyası çiçəklənmə dövrünə çatır.

Bizim eradan əvvəl təxminən 520-460-cı illər.

Hindistan alimi Panini sanskrit qrammatikasını tərtib edir.

Bizim eradan əvvəl təxminən 515-ci il.

Dara Elamın keçmiş paytaxtı Suzaxda hökmdar sarayı tikdirir.

Bizim eradan əvvəl 509-cu il.

Romalılar Ertrussk hökmdar ailəsini qovur və respublika təsis edir.

Bizim eradan əvvəl 507-ci il.

Klisfen Afinada demokratik idarəçilik tətbiq edir.

 

Mənbə: Всемирная история. М. АСТ: Астрель, 2011, 512с.

2016-05-20   4981