NKPI

Cəfərova Rəna Ələkbər qızı

Anadan olduğu yer: Azərbaycan Respublikası, Tovuz şəhəri
Təvəllüdü (gün, ay, il): 20.01.1953
Təhsil (məktəbin adı və ixtisası): S.M.Kirov (indiki M.Rəsulzadə) adına Azərbaycan Dövlət  Universiteti , fizika fakültəsi
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Baş elmi işçi
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

02.00.13 - Neft kimyası,   02.00.04 - Fiziki kimya

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:

150 (2014-cü il mart ayına olan məlumat)

Xaricdə çıxmış elmi əsərlərin sayı: 52
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 4
Əsas elmi nailiyyətləri:

Müasir fiziki cihazların (optik spektroskopiya və lüminessensiya) köməyilə neft və neft məhsulları geniş temperatur və dalğa uzunluğu intervallarında tədqiq edilmiş, onların vəsfi və miqdarı tərkibi öyrənilərək, nəticədə həm katalitik krekinq, həm də   piroliz proseslərindən alınan ağır neft fraksiyalarından (tullantı məhsulları) sənaye miqyasında tətbiqini tapmış, iqtisadi cəhətdən səmərəli olan neft lüminorları (NL) alınmışdır. 
NL-da müxtəlif növ fotoşüaların təsiri altında baş verən fotofiziki və fotokimyəvi proseslər, onların elementar mərhələləri tədqiq edilmiş, sintetik lüminoforların və lüminessensiya edən və etməyən sorbentlərin bu proseslərə təsiri öyrənilərək, NL ilə göstərilən maddələrin arasında enerji mübadiləsinin olduğu və proseslərə sorbentlərin xüsusi səthinin, tərkib və təbiətinin təsir etdiyi müəyyənləşdiril­mişdir. Göstərilmişdir ki, NL-rı Günəş enerjisini akkumulyasiya etmək qabiliyyətinə malikdir və onlar ionlaşma potensialı böyük olan (>9 ev) birləşmələr üçün fotosensibilizator rolunu oynayır. Proseslərin mexanizmləri təklif edilmişdir. Bu lüminoforlar “Neftqazavtomat İstehsalat birliyi”, Fizika İnstitutunun “Dağılmaya nəzarət metodları” laboratoriyası (Azərbaycan Respublikası), “İjorsk zavodu”, L.İ.Brejnev adına “Atommaş” İstehsalat Birliyi (Rusiya Federasiyası) və s. daxil olmaqla 20-dən artıq müəssisədə rəngli, lüminessent defektoskopiya sahəsində sınaqdan keçirilmiş və tətbiq edilmişdir.

Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 7
Elmlər doktorlarının sayı: -
Əsas elmi əsərlərin adları:
  1. Mamedov A.P., Rustamov M.İ., Jafarova R.A., Salmanova Сh.G. Photochemical  Processes and Accumulation of  Solar Energy in Oil Luminophors. " Turkish journal of Chemistry, 2000, v.24, №1, p. 35-42.
  2. Джафарова Р.А., Мамедов А.П., Фархадова Г.Т. и др. Кристаллические люминофоры на основе тяжелой смолы пиролиза и механизм аккумулирования ими солнечной энергии. М. Нефтехимия. 2004, г. 44, № 3, С. 232-236.
  3. Jafarova R.A. Role of oil luminophor as a photosensitizers of aliphatic alcohols and paraffin hydrocarbons decay. Processes of Petrochemistry and Oil refining. 1 (16) 2004. P. 10-16.
  4. Джафарова Р.А. Аккумулирование и передача энергии в нефтяных люминофорах. М.Нефтехимии, 2004, Т.44, № 2, С. 156-160.
  5. Мамедов А.П., Джафарова Р.А., Ганбарова К.А. и др. Аккумуляция световой энергии в композиции нефтяных и синтетических люминофоров. Азерб. хим. журн. 2004, № 3, С. 36-40.
  6. Мамедов А.Н., Мустафаев И.И., Джафарова Р.А., Мамедов А.П. Радиотермолюминесценция и стадии радиоционно-химических процессов в высококипящих углеводородов нефти- ЫВ Евразийская конф. по «Ядерной науке и ее применению». Тез. докл. Баку, 2006, с 31 октября до 3 ноября, С .156.
Təltif və mükafatlar:
-
Elmi-təşkilatı fəaliyyəti: 2008-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının “Fiziki kimyəvi analiz metodları mərkəzləşdirilmiş laboratoriyası”dan tələbə, magistr və aspirantlara spektroskopiya elmini, o cümlədən, müasir spektroskopik tədqiqat metodlarını öyrətməklə məşğuldur. R.Ə.Cəfərova 2007-2010-cu illərdə Az.MEA-nın Radiasiya Problemləri İnstitutunda yüksək enerjilər kimyası, radiasiya kimyası, radiasiya fizikası və radiasiya materialşünaslığı üzrə İxtisaslaşmış Elmi Şuranın üzvüdür. Bu institutda 2010-cu ildə ekologiya üzrə elmi seminarı aparmışdır. O, hal-hazırda Radiasiya Problemləri İnstitutunda İxtisaslaşmış Elmi Şurada öz fəaliyyətini davam etdirir. Alim işlədiyi Y.H.Məmmədəl­yev adına AMEA-nın NKPİ-da fəaliyyət göstərən Elmi şuraların (İxtisaslaşmış Elmi Şuradan başqa) və seminarların üzvüdür. Onlarla fəlsəfə doktoru və doktorluq dissertasiyala­rı­nın rəyçisi və opponenti olmuşdur.
İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı prospekti, 30
Vəzifəsi: "Spektroskopik analiz” laboratoriyasının müdiri
Xidməti tel.: +994 (12) 4903510
Ev tel.: +994 (12) 4600630
Mobil tel.: +994 (50) 2451195
Faks: +994 (12) 4903520
Elektron poçtu: