NKPI

Sintetik yağlar laboratoriyası (27 saylı lab.)

Struktur bölmənin rəhbəri: Əliyeva Fatma Xeybər qızı
İşçilərin ümumi sayı: 14
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Yeni polifunksional kimyəvi birləşmələrin sintezi, onların fiziki-kimyəvi və özlülük temperatur xassələrinin öyrənilməsi, onların əsasında hazırda istifadə olunan yağlardan öz xassələrinə görə üstün mineral və sintetik yağların əsaslarının, eləcə də mineral və sintetik yağların komponentlərinin alınması.
Struktur bölmənin əsaselmi nəticələri: Alkenil kəhrəba turşularının mürəkkəb efirlər əsasında hazırlanmış yağlar hərbi texnikada (vertolyot yağları), cihaz yağları kimi tövsiyyə olunmuşdur. Norbornen karbon turşusu efirləri yeni sürtgü yağlarının əsasları kimi tövsiyyə edilib, törəmələri isə yüksək effektivli sürtgü materiallarında dispersion mühit komponenti kimi sınaqdan keçirilib. Poliollar əsasında alınmış mürəkkəb efirlər "ЦЕМОЛ-6" adı altında yüksək temperatura davamlı perspektiv plastik materiallar, kompressor yağı kimi müvəffəqiyyətlə sınaqdan keçmiş və xarici "Ondina" yağının əvəzedicisi kimi tövsiyyə olunmuşdur.