NKPI

İnformatika və modelləşdirmə laboratoriyası (20 saylı lab.)

Struktur bölmənin rəhbəri: Vəliyeva Firüzə Mövsüm qızı
İşçilərin ümumi sayı: 7
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft-kimya proseslərinin statistik və dinamik modellərinin tərtib edilməsi, reaktorların optimal idarəetmə rejiminin seçilməsi, texnoloji proseslərin avtomatik idarəetmə sistemlərinin yaradılması.
Struktur bölmənin əsaselmi nəticələri: Butilenin divinilə, tsiklopentanonun, 1-metiltsiklopentenə, metiltsiklopentadienin oksidləşdirici dehidrogenləşdirməsi proseslərinin reaktor modeli tərtib olunmuş və optimal şəraitləri müəyyən edilmişdir; izoamilenin izoprenə, etilbenzolun stirola, izopropilbenzolun a-metilstirola, oksidləşdirici ammonoliz proseslərinin riyazi modelləri qurulmuş və optimallaşdırma məsələləri həll edilmişdir; alkilfenolformaldehidli qətranın və ODS lakının alınması prosesinin riyazi modeli və optimallaşdırma məsələsi həll olunmuşdur; kimyəvi texnoloji proseslərin avtomatik idarəetmə sistemi və onun proqram təminatı yaradılmışdır. Bitsiklo [2.2.1] heptenin hidrogen-peroksid və molibden oksobromid iştirakı ilə müvafiq qlikollarla oksidləşdirilməsi reaksiyasının kinetik qanunauyğunluqların və mexanizmi tədqiq edilmişdir. Azparafinli azərbaycan neftlərindən ekoloji təmiz reaktiv və dizel yanacaqların alınması prosesinin riyazi modeli və optimallaşma məsələsi həll edilmişdir. Neft-kimya məhsullarının sertifikatı üzrə verilənlər bankı müasir Foxpro-proqramında yaradılmış və istifadəyə verilmişdir. "Kadr" verilənlər bankına İnstitutun əməkdaşları haqqında ümumi məlumat toplanılmışdır.