NKPI

Heterogen kataliz laboratoriyası (11 saylı lab.)

Struktur bölmənin rəhbəri: Abasov Səfa İslam oğlu
İşçilərin ümumi sayı: 12
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft kimya və neft emalı proseslərinin heterogen kontaktları üzərində katalizinin fundamental və tətbiqi problemlərinin tədqiqi. Yeni səmərəli katalizatorların alınma texnologiyalarının işlənib hazırlanması.
Struktur bölmənin əsaselmi nəticələri: Alkilaromatik karbohidrogenlərin izomerləşməsi və disproporsionallaşması, metanın və digər parafinlərin aromatikləşməsi və dehidrogenləşməsi proseslərində yüksək aktivliyə malik olan müxtəlif elementlərlə aktivləşdirilmiş seolit və alümoxrom tərkibli katalizatorların hazırlanmasının elmi əsasları yaradılmışdır. Reaksiyaların kinetikası, mexanizmi, əsas qanunauyğunluqları müəyyən edilmişdir. Katalizatorların aktivliyi ilə müxtəlif fiziki-kimyəvi xassələri arasında korrelyasiyalar aşkar edilmişdir.