NKPI

Neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması laboratoriyası (5 saylı lab.)

Struktur bölmənin rəhbəri: Səadət Məmməd-Emin qızı Əskərzadə
İşçilərin ümumi sayı: 14
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Respublikada ekoloji zərərsiz texnologiyaların tətbiqi ilə istehsal olunan məhsulların keyfiyyəti dünya standartları səviyyəsinə çatdırılmasını təmin edən neftemalı və neft kimya komplekslərinin birgə səmərəli fəaliyyətinin əsas istiqamətlərinin yaradılması, NKPİ-də hazırlanmış yeni proseslərin texniki-iqtisadi əsaslandırılması.
Struktur bölmənin əsaselmi nəticələri: Yanacaq-energetika kompleksinin müvafiq sahələri (neft-qaz çıxarma, energetika, neft emalı və kimyası) ilə uzlaşan, Azərbaycanın yanacaq və yağ istehsalının mərhələli inkişaf strategiyasına dair perspektiv kompleks sxemləri işlənib hazırlanmış və tətbiqə qəbul edilmişdir. Neftin yanacaq və yağ istiqamətli NEZ-lər arasında əlverişli bölüşdürülməsini nəzərdə tutan və neft kimyasını xammalla təmin edən neftin kompleks emal sxemlərinin müxtəlif variantları işlənib hazırlanmış və texniki-iqtisadi cəhətdən qiymətləndirilmişdir. Tükənməz enerji ehtiyatlarının müəyyənləşdirilməsi üzrə tədqiqatlar aparılmışdır. Azərbaycanın 2015-ci ilə kimi yanacaq-energetika kompleksinin (o cümlədən neft hasilatı, elektro-energetika və neft kimyası) struktur dəyişikliklərini nəzərdə tutan yanacaq və yağ istiqamətində neft emalının inkişaf strategiyası işlənib hazırlanmış və müvafiq qurumlara təqdim edilmişdir. Dünya texnologiyalarının son nailiyyətlərinin tətbiqi ilə perspektiv tələblərə uyğun sürtkü yağları və yanacaqların istehsalını təmin edən neftin kompleks emal sxemləri işlənib hazırlanmış və texniki-iqtisadi qiymətləndirilmişdir. Respublikamızda ətraf mühitin mühafizəsini və xarici bazarlardakı rəqabətə davamlı neft məhsullarının istehsalını təmin edən və Bakı neft emalı zavodlarının inteqrasiyasını nəzərdə tutan neftin kompleks emal sxemləri işlənib hazırlanmış və texniki-iqtisadi qiymətləndirilmişdir.

Neft emalı zavodlarının dünya qiymətləri ilə alınan əlavə neftin hesabına tam yüklənməsinin səmərəliliyi tədqiq edilmişdir.

Müəssisələrin iqtisadi müstəqilliyi şəraitində (xammal təminatı və məhsulların bazar qiymətləri ilə sərbəst satışı şərtilə) neft emalı ilə neft-kimya sənayelərinin inteqrasiyasını nəzərə alan ölkəmizin neft-qaz ehtiyatlarının səmərəli emal sxemləri işlənib hazırlanmış və texniki-iqtisadi qiymətləndirilmişdir.