NKPI

Fiziki-kimyəvi tədqiqatlar laboratoriyası (23 saylı lab.)

Struktur bölmənin rəhbəri: Quliyev Akif Dəryah oğlu
İşçilərin ümumi sayı: 11
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Üzvi birləşmələrin, neft-kimyası və neft emalı məhsullarının, polimerlərin və katalizatorların tərkibinin, xassələrinin və quruluşlarının tədqiq olunmasında müasir fiziki-kimyəvi üsulların: atom-absorbsiya spektroskopiyası, termoqrafiya, maqnit kimyası, kütlə spektrometriyası, rentgenoqrafiya, elektron mikroskopu ilə tədqiqat üsullarının tətbiq edilməsi, cihazların tənzimlənməsi və təmiri.
Struktur bölmənin əsaselmi nəticələri: Azərbaycan neftlərinin qrup və element tərkibi öyrənilmiş, onların tərkibindəki mikroelementlərin, metalların miqdarı təyin edilmişdir. Fiziki-kimyəvi üsullardan istifadə etməklə institutun müxtəlif bölmələrində sintez edilmiş bir sıra üzvi və qeyri-üzvi, polimer və oliqomer birləşmələrin faza tərkibi, strukturu və başqa xassələri müəyyən edilmişdir; müxtəlif texnoloji proseslər ücün katalizatorlarda koksun yanmasının optimal şərtləri təyin edilmişdir.Təbii seolitləri onları təşkil edən komponentlərə ayırmaqdan ötrü olan qurğu və modernləşdirilmiş derivatoqraf, element analizləri və s. ücün patentlər alınmışdır. Laboratoriyada öyrənilən yeni birləşmələrin difraktoqramlarının, derivatoqramlarının, İQ-UB, kütlə-spektrlərinin kataloqları yaradılmışdır.