NKPI

Bərpa olunan yanacaq mənbələri laboratoriyası (16 saylı lab.)

Struktur bölmənin rəhbəri: Məmmədova Təranə Aslan
İşçilərin ümumi sayı: 12
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Bərpa oluna bilən xammal növləri əsasında ekoloji təhlükəsiz mühərrik yanacaq növlərinin və onların komponentlərinin alınması texnologiyasının işlənib hazırlanması.
Struktur bölmənin əsaselmi nəticələri: Azərbaycanın bitki resursları - pambıq, günəbaxan və garğıdalı yağları əsasında məhsuldarlığı 720 1/s olan kavitasiya reaktorundan istsfadə etməklə biodizel yanacaqlarının alınma texnologiyası və həmin yağların neft emalı zavodunun əmtəə dizel və benzin yanacaqları alınması texnoloji sxeminə birbaşa daxıl edilmısi texnologiyaları işlənib-hazırlanıb Azərbayjcan neftlərindən ayrılan neft turşuları, bitki yağlarından ayrılan turşular və glikollar əsasında geterogen tipli katalizatorların iştirakı ilə monoefirlərin alınması prosesinin optimal şəraiti təyin edilib və alınmış efirlər dizel yanacaglarina resurs qənaətedıcı, yağlama və aşağıtemperatur xassələrini yaxşılaşdıran çoxfunksiyalı əlavələr kimi tədqiq olunub Pambıq yağının termokatalitik çevrilməsi prosesi tədqiq olunub və nəticədə C2-C4 olefinlər 65,1-78,1% küt çıxımla əldə edilib