NKPI

Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi laboratoriyası (31 saylı lab.)

Struktur bölmənin rəhbəri: Məmmədbəyli Eldar Hüseynqulu oğlu
İşçilərin ümumi sayı: 13
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Reagentlərin bioloji aktivliyinin və antimikrob xassələrinin tədqiqi. Neftlərin optiki aktivliklərinin tədqiqi. Bitkilər üçün boy maddələrinin alınması və tədqiqi.
Struktur bölmənin əsaselmi nəticələri: Asimmetrik dien sintezi ilə yüksək optiki çıxımla və seçiciliklə funksionaləvəzli tsikloheksen və norbornen törəmələri sintez edilmişdir. Yeni xiral kompleks katalizatorlar sintez edilmişdir. Alınmış Luis turşuları asimmetrik Dils-Alder reaksiyasında tətbiq edilmiş, yüksək optiki və ümumi çıxımla adduktlar sintez edilmişdir. Alınmış birləşmələrin quruluşlarından asılı olaraq aktivliklərinin dəyişilməsi tədqiq edilmişdir. Təbii və sintetik neft turşuları aminlər əsasında komplekslər alınmışdır. Bu birləşmələr əsasında müxtəlif kompozisiyalar alınmışdır. Bu kompozisiyalar CO2 və H2S korroziyasına qarşı sınaqdan keçirilmişdir. Müəyyən edilmişdir ki, tədqiq olunan kompozisiyalar sənayedə tətbiq olunan inhibitorlardan daha effektli nəticələr verir.