NKPI

Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası şöbəsi

Struktur bölmənin rəhbəri: Abbasov Vaqif Məhərrəm oğlu
İşçilərin ümumi sayı: 77
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Çoxfunksiyalı inhibitor-bakterisidlərin, bakterisid-duzçökmə korroziya inhibitorlarının, bakterisid-parafinçökmə inhibitorlarının, deemulqator-inhibitorlarının, ərp həlledicilərinin, konservasiya mayelərinin yaradılması və tətbiqi üzrə tövsiyələrin verilməsi. Azərbaycanın unikal neftlərinin tədqiqi, onların bioloji aktiv komponentlərinin müəyyənləşdirilməsi.
Struktur bölmənin əsaselmi nəticələri: Aparılan tədqiqat işləri nəticəsində “VFİKS-82”, “Azəri”, “Kaspi”, “NKPİ-34”, “BEPİCOR”, “NKPİ-34-2”, “PARKORİN-1”, “BAKI”, “Abşeron”, “Araz-1”, “Kaspi-x”, “Kaspi-x(m)” inhibitorları və “XƏZƏR”, “XƏZƏR-24” deemulqatorları yaradılmış; geniş sənaye sınaqları keçirilmiş və istehsalı təşkil olunmuşdur. “VFİKS-82” və “Azəri” inhibitorları “Korreksit-7798”, “Korreksit-7755”, “VİSKO-938”, “SNPXA-6011B”, “İKB-4V”, “İKAR”, “VİTAL”, “İNQAR” və “KPC” inhibitorlarının əvəzinə; “Kaspi-2” inhibitoru ABŞ-ın “Yunikor” inhibitorunun əvəzinə “Kaspi-x” inhibitoru isə Almaniyanın “Dodigen-481” və Rusiya Federasiyasının “İKB-2-2” inhibitorunun əvəzinə istifadə olunur. Laboratoriya şəraitində yerli xammallar əsasında yanğın söndürmədə istifadə olunan köpükəmələgətiricilərin alınması istiqamətində tədqiqatlar aparılmış, yeni yüksək keyfiyyətli və inhibitor xassəli köpükəmələgətirici kompozisiyasının istehsalı təşkil edilmişdir. Bu köpükəmələgətirici “NKPİ-34-2” – adı ilə respublikada yanğınsöndürən, köpükəmələgətirici kimi tətbiq olunur. Şöbənin əməkdaşları tərəfindən “BAKI” ərp həlledicisi yaradılmışdır və hazırda H.Ə.Əliyev adına BNEZ-da və Azərneftyağ NEZ-da istifadə edilir. Bu reagent eyni zamanda korroziyadan müdafiə üçün inhibitor xassəsinə malik olduğundan təmizləmə prosesi korroziya təhlükəsi olmadan aparılır. Duzlaşdırma və susuzlaşdırma qabiliyyətinə malik olan, inhibitor xassəli deemulqatorun alınması istiqamətində tədqiqatlar aparılmış, yeni kompozisiya tərkibli “Xəzər-24” deemulqatoru hazırlanmışdır. Bu deemulqatordan istifadə edərək laboratoriya şəraitində müxtəlif neft yataqlarından gətirilmiş xam neftlərin və “Azərneftyağ” NEZ-də 305 saylı qurğuda əmtəə neftlərinin deemulsasiyası aparılmış, müəyyən edilmişdir ki, deemulsasiya qabiliyyətinə görə bu deemulqator xaricdən gətirilən “Disolvan” deemulqatorundan geri qalmır və Alkan deemulqatorundan üstündür.Şöbənin əməkdaşlarının 2012-ci ildə, 120 elmi əsəri nəşr olunub ki, onlardan 32-si xarici jurnallarda çap olunmuşdur. 2012-ci ildə şöbənin əməkdaşlarının 1 monoqrafiyası Almaniyada Lambert Akademik Nəşriyyatı tərəfindən ingilis dilində çap olunmuşdur.