NKPI

Alitsiklik birləşmələr laboratoriya (7 saylı lab.)

Struktur bölmənin rəhbəri: Əlimərdanov Hafiz Mütəllim oğlu
İşçilərin ümumi sayı: 15
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Alitsiklik karbohidrogenlərin seolit katalizatorları üzərində tsikloolefinlərə və aromatik karbohidrogenlərə çevrilmə qanunauyğunluqlarının öyrənilməsi, mono və bitsiklik doymamış karbohidrogenlər və oksigenli birləşmələr əsasında ətriyyat, yeyinti sənayesində və məişət kimyasında tətbiq edilən yeni sintetik ətirli və aralıq maddələrin alınması üçün səmərəli proseslərin yaradılması və onların elmi əsaslarının işlənib hazırlanması.
Struktur bölmənin əsaselmi nəticələri: Beş- və altı üzvlü alitsikliklik karbohidrogenlərin müvafiq tsikloolefinlərə oksidləşdirici dehidrogenləşməsi; metil- və etiltsikloheksanın ksilollara dehidrodisproporsionallaşması və dehidroalkilləşdirilməsi; benzonitrilin, istiyədavamlı boya və piqmentlərin istehsalında aralıq maddə kimi istifadə edilən ftalonitril və ftalimidin; tsiklopentadien əsasında tsiklopenten və norbornenin alınması mono- və politsiklik ketonların, laktonların, efirlərin sadə, ekoloji əlverişli alınma üsullarının işlənib hazırlanması və sənayedə tətbiqi.