NKPI

Elmi-texniki ədəbiyyatın toplanması, təhlili və proqnozlaşdırma laboratoriyası (3 saylı lab.)

Struktur bölmənin rəhbəri: Abbasova Gülxanım Qeybulla qızı
İşçilərin ümumi sayı: 15
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Elmi-texniki informasiya materiallarının toplanması, təhlili, sistemləşdirilməsi. Müvafiq icmalların, reklamların və s. tərtibatı.
Struktur bölmənin əsaselmi nəticələri: Laboratoriya əməkdaşları tərəfindən "Yeni nəşrlər və ixtiralar" adlı məlumat məcmuələri, "Metal-üzvi sintez" adlı biblioqrafik bülleten (22 nömrədə), 9 tematik icmal, İnstitutda yaradılan yeni proses və məhsullar üçün kommersiya kataloqları, reklam prospektləri, xidmət kataloqları, "Kataliz", "Katalitik krekinq", "Üzvi sintez" və s. mövzularda İnternet Ekspress İnformasiya Bülletenləri (30-dan çox) buraxılmışdır. Laboratoriyada yerinə yetirilən istiqamətlərdən biri də görkəmli kimyaçı alimlərin elmi əsərlərinin biblioqrafiyalarının tərtibidir. Bu sahədə laboratoriyada 10-a yaxın alimin (akademiklər V.S.Əliyevin, S.D.Mehdiyevin, M.İ.Rüstəmovun, N.M.Seyidovun, M.Ə.Məmmədyarovun, AMEA-nın müxbir üzvləri B.A.Dadaşovun, V.M.Abbasovun, F.İ.Səmədovanın və s.) elmi əsərlərinin biblioqrafiyası tərtib edilmişdir. 1994-cü ildən başlayaraq hər iki ildən bir dəfə keçirilən neft kimyası üzrə Bakı Beynəlxalq Məmmədəliyev Konfranslarının təşkilində və keçirilməsində laboratoriyanın böyük rolu olmuşdur. Bu konfransların əsas təşkilatçıları AMEA, NKPİ, ARDNŞ və "Azərkimya" Dövlət Konserni olmuşdur. Konfransların işində Respublikannın elm və sənaye müəssisələrində çalışan alim və mütəxəssislər, eləcə də ABŞ, Almaniya, Hollandiya, İran, İngiltərə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tatarıstan və s. ölkələrdən alimlər və qonaqlar iştirak etmişlər. Hər bir konfransda 300-ə qədər məruzələrin tezisləri qəbul olunmuşdur. Konfranslar yüksək səviyyədə keçirilmiş, kütləvi informasiya vasitələri və televiziya ilə geniş işıqlandırılmışdır. Laboratoriya 1994-cü ildən başlayaraq hər il Bakıda keçirilən "Xəzər neft-qaz" Beynəlxalq Sərgi və Konfransda İnstitutun müvəffəqiyyətlə iştirakını təmin etmişdir.NKPİ-də mütəmadi olaraq keçirilən seminarların təşkili və keçirilməsi, görkəmli alimlərin yubiley tədbirlərilə əlaqədar hazırlıq işləri də laboratoriya əməkdaşları tərəfindən yerinə yetirilir. Laboratoriya daxil olan sifarişlər və İnstitut rəhbərliyinin tapşırıqları əsasında müntəzəm olaraq elmi-texniki informasiya təminatı və xidmət sahəsində müxtəlif profilli işləri yerinə yetirir. 2000-ci ildən başlayaraq 3 сайлы лабораторийанын ямякдашлары тяряфиндян институт ямякдашларынын 1990-жı илdən etibarən чап олунмуш мягаля вя тезисляриндян ибарят мялумат базасы йарадылmağa başlanmışdır. Çap materialları haqqında məlumatlar iнститутун бцтцн лабораторийаларындан toplanır, системляшдирилir вя базайа ялавя едилir. Hal-hazırda məlumat bazasında 3900 çap materialı haqqında məlumat toplanılıb. İnstitut əməkdaşları tərəfindən açıq mətbuatda çap olunmaq üçün təqdim olunmuş materiallara sənədlərin hazırlanır. İnstitut əməkdaşları tərəfindən açıq mətbuatda çap olunmaq üçün təqdim olunmuş materiallara sənədlərin hazırlanır. Laboratoriyada İnstitut əməkdaşlarından daxil olan sifarişlər əsasında elmi-texniki ədəbiyyatın azərbaycan və rus dillərindən ingilis dilinə və əksinə tərcüməsi yerinə yetirilir. İldə təqribən 100 səhifədən artıq material tərcümə edilir.