NKPI

Xəbərlər

Neft-Kimya Prosesləri İnstitutunun Qadınlar şurasının 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş iclası keçirilib

4 mart tarixində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Qadınlar şurasının pandemiya şəraitinə uyğun formatda 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş iclası keçirilib.

İclasda institutun direktoru, akademik  Vaqif Abbasov, professor Elmira Süleymanova, şuranın sədri professor Leylufər Əliyeva, sədr müavini dosent Nərminə Abdullayeva və şuranın digər üzvləri iştirak ediblər.

İclası akademik Vaqif Abbasov açaraq şura üzvlərini və NKPİ kollektivinin bütün qadın əməkdaşlarını təbrik edərək öz ürək sözlərini çatdırıb. Akademik Vaqif Abbasov bildirib ki, institutun iki qadın əməkdaşı professor  Leylufer Əliyeva və professor Reyhan Əliyeva Beynəlxalq qadınlar günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən fəxri fərmanla təltif olunublar.

Sonra professor Elmira Süleymanova elmdə seçilmiş qadın alimlərdən söz açaraq, onların cəmiyyətə verdiyi  töhfələrini xüsusən qeyd etdi.

Daha sonra NKPİ-nın Qadınlar şurasının sədri, professor Leylufər Əliyeva qadın kimyaçı alimlərin institutda keçdikləri şərəfli ömür yolundan geniş məlumat verdi. İclasda şuranın gələcək planları haqqında müzakirələr aparıldı.

2021-03-04   1017