NKPI

Xəbərlər

Azərbaycan Respublikasının Prezdenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarına açıq məktub

Çox hörmətli Prezidentimiz, partiyamızın sədri İlham Əliyev Cənabları!

2021-ci ilin martın 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayı xalqımızın böyük şərəf tarixi yaşadığı bir dövrdə keçirildi.

Sizin qurultayın açılışında və sonunda etdiyiniz çıxışlar partiyamızın yaranmasından bu günə qədər fəaliyyətinin ən yüksək səviyyədə təhlili idi. Məhz son 17 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət, ölkənin ardıcıl olaraq iqtisadi, hərbi gücünün artırılması, xalqın Sizə və partiyamıza inamı sayəsində ikinci Qarabağ müharibəsində qələbəni təmin etdi.

Siz prezident, Yeni Azərbaycan Partiyasının sədri kimi hər zaman verdiyiniz vədə sadiq olduğunuzdan xalqımız Sizi çox sevir və dəstəkləyir.

Siz hər sahədə olduğu kimi Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyətində də Heydər Əliyev ideyalarına sadiqsiniz. Partiyanın yaradılmasında böyük əməyi olmuş “91-lər”ə Sizin verdiyiniz böyük qiymət partiyamızın üzvləri və bütövlükdə xalqımız tərəfindən xüsusi məmnunluqla qarşılandı.

Çıxışınızda verdiyiniz analitik təhlil bütün istiqamətlərdə ölkəmizin qələbələrini şərtləndirən amillərin nələr olduğunu göstərdi, eyni zamanda xalqı gələcəkdə hansı işlər görüləcəyinə istiqamətləndirdi.

İşğaldan azad olunmuş torpaqların bərpası sahəsində görüləcək işlər haqqında dedikləriniz hamımızı sevindirdi. Xalqımız əmindir ki, Sizin rəhbərliyiniz ilə işğaldan azad olunmuş torpaqlarda ən müasir texnologiyalar istifadə edilməklə müasir yaşayış məskənləri, istehsal müəssisələri yaranacaq, qaçqınlar və məcburi köçkünlər öz yaşayış məskənlərinə qayıdacaqlar.

Yeni Azərbaycan Partiyasına birləşmək üçün altı partiyanın müraciət etməsi təqdirə layiqdir. Dost partiyaların Partiyamıza birləşməsi Sizə və Partiyamıza olan böyük inamın və hörmətin olması ilə əlaqədardır. Hesab edirəm ki, gələcəkdə bir çox digər partiyalar da bu faydalı addımı atacaqlar.

Partiyamızın yeni strukturunun yaranması da zamanın tələbindən irəli gəlir və partiyamızın bütün üzvləri tərəfindən bəyənilir.

Partiyanın İdarə Heyətinə gənclərin də daxil edilməsi partiyamızın gələcək üçün güclü kadrlar hazırlığına da zəmin yaradır.

Azərbaycan xalqı Sizə, partiyamıza böyük sevgisini hər zaman göstərir. Xalq üçün, Azərbaycan dövlətinin şərəf tarixini yaratmaq üçün çalışan Prezident, Partiya Sədri, Ali Baş Komandan bu böyük sevgiyə layiqdir.

Eşq olsun Azərbaycan dövlətinin qəhrəman prezidenti İlham Əliyev cənablarına!

Eşq olsun Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına!

Eşq olsun tamlığına qovuşmuş Azərbaycana və qüdrətli Azərbaycan xalqına!

 

 
 
 
 
Sizə sevgisi və ehtiramı sonsuz olan,
hər zaman sadiq silahdaşınız,
akademik Vaqif Məhərrəm oğlu Abbasov

2021-03-10   899