NKPI

Xəbərlər

Neft-Kimya Prosesləri İnstitutunda SOCAR Downstream Management MMC-nin Baş direktoru Mustafa Mesut İlter ilə görüş olub

16 mart 2021-ci il tarixində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) institutun direktoru, akademik Vaqif Abbasov SOCAR Downstream Management MMC-nin Baş direktoru Mustafa Mesut İlter ilə görüşüb. Görüşdə baş direktorun müavini Emil Alxaslı da iştirak edib.

Akademik Vaqif Abbasov qonaqlara institutun tarixi, aparılan elmi-tədqiqatlar, istehsalata tətbiq olunan işlər, institutda mövcud olan analitik cihazlar, Heydər Əliyev adına Neft Emalı Zavodu ilə institutun uzun illər davam edən əməkdaşlığı haqqında geniş məlumat verib.

Sonra Mustafa Mesut İlter Heydər Əliyev adına Neft Emalı Zavodunda gedən yenidənqurma işləri, tikilən qurğular, istehsal olunacaq yeni məhsullar haqqında məlumat verib.

Görüşdə əməkdaşlıq sahəsində müzakirələr aparılıb və razılaşdırılıb ki, ayda bir dəfə məsləhətləşmələr, fikir mübadiləsi aparılsın.

Sonda qonaqlar akademik Yusuf Məmmədəliyevin institutda yaradılmış Memorial muzeyi ilə tanış olublar.

2021-03-17   1356