NKPI

Xəbərlər

TƏBRİK EDİRİK!

Bu gün AMEA NKPİ – nin direktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasovun dünyaya göz açdığı gündür. Hörmətli Vaqif Abbasovu sözün gücü ilə işgüzar və insani portretini yaradaraq, onu kollektiv adından təbrik edirik!

Vaqif Abbasov yüksək insanlığı ilə seçilən bir vətəndaş və rəhbər olaraq, institutu yüksək bacarıq və qayğı ilə idare edə bilən təşkilatçı kimi, mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata bağlı şəxsiyyət kimi AMEA NKPİ-ni elmi mərkəzə çevirmək üçün göstərdiyi təşəbbüslər, gördüyü işlər göz qarşısında olduğu üçün olduqca yuksək qiymətləndirilir!

Bağışlamağı bacaran, bütün elmləri tükənməz sərvət bilən, ədaləti Allahın tərəzisi bilən, əfv etməyi yaxşı, unutmağı isə ondan da yaxşı bacara bilən, səhv məqamları dilə gətirən, ürəyi güclü insana – Akademik Vaqif Abbasova firavan həyat arzulayırıq! İnstitumuzun sevimli direktoru Vaqif müəllim, doğum gününüz Mübarək!

Sizi kollektiv adından ürəkdən təbrik edirik! Uğurlarınız bol olsun! Kollektiv 05.10.2015 bank hesabınıza 365 gün sağlam və xoş gün – güzaran yatırmışdır, bu günlərdən bolluca istifadə etmək nəsibiniz olsun! Sizin kimi bir rəhbərimiz olduğu üçün biz çox şanslıyıq!

2015-10-05   4138